AXCP-Müsavat davası yenidən qızışır
Tarix: 26.09.2013 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Rauf Arifoğlu və Pənah Hüseynin Cəmil Həsənliyə vəkilliyini AXCP həzm etmək istəmir

Rəsul Quliyevin “milli şura” və müxalifət liderlərinin ünvanına səsləndirdiyi ittihamlar və təhqiramiz ifadələrlə bağlı qalmaqal soyumamış ortaya yeni bir problem çıxıb. Belə ki, AXCP Cəmil Həsənlinin ətrafında Müsavata yaxın şəxslərin daha çox toplaşmasını həzm edə bilmir.
Məlum olduğu kimi, “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin vəkilləri sırasında Müsavatın mətbu orqanı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn də var. Pənah Hüseyn isə daim İsa Qəmbərin ətrafında olmağı ilə yadda qalıb. Onu da qeyd edək ki, adı çəkilən siyasilər Cəmil Həsənlinin vəkilləri arasında “milli şura” üzvü olmayan şəxslərdir. Sosiaı şəbəkələrdə yayılan məlumata görə, R.Arifoğlu və P.Hüseynin prezident seçkilərində Cəmil Həsənlinin vəkilləri olması “milli şura”nın yaradıcılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasında ciddi narazılığa səbəb olub. Bu narazılıq isə son zamanlar daha çox artmağa başlayıb.
Xatırladaq ki, ötən ay AXCP ilə “Yeni Müsavat” qəzeti rəhbərliyi arasında kəskin söz atışmaları olmuş, qəzetin baş redaktoru ad çəkmədən partiya sədri Əli Kərimlini sərt sözlərlə tənqid etmişdi. Məsələ ilə bağlı C.Həsənlinin vəkillərindən olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı partiyasının və özünün adından etiraz bildirib. Ə.Qurbanlı deyib ki, Rauf Arifoğlu ilə Pənah Hüseynin C.Həsənlinin vəkili olmasından o da məyusdur. AXCP rəsmisi R.Arifoğlu və P.Hüseynlə “dərhal üzülüşməyin tərəfdarı” olduğunu bildirib. Ə.Qurbanlının sözlərinə görə, “Yeni Müsavat”ın baş redaktoru ilə P.Hüseynin C.Həsənlinin vəkili olmasını AXCP rəhbərliyinin istədiyinə inanmır:“Ancaq nə edək? Biz koalisiya qurmuşuq, ümumi birlik naminə güzəştlər olur. Olan olub, bu adamlara vaxt ayırmaqdansa, diqqəti namizədimizin təbliğinə həsr edək”.
Bu qeyd edilənlər ən adi məsələlərdə belə, AXCP və Müsavatın bir-birilərinə qarşı durduqları və bir-birilərinin mövcudluqlarını hər yerdə qısqandıqlarını göstərir. Belə görünür ki, antoqonizm bütün ənənəvi müxalifət partiyalarının alnına yazılıb…


Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info