Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikiləcək
Tarix: 26.09.2013 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


"Bakı I Avropa Oyunları 2015" çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikiləcək". Bu barədə Trend-ə "Bakı Avropa Oyunları 2015"in Əməliyyat Komitəsinin icraçı direktoru Cim Şerr bildirib.
Onun sözlərinə görə, Bakıdakı Olimpiya kəndi füsunkar infrastruktura malik olacaq. C.Şerr qeyd edib ki, "Bakı Avropa Oyunları 2015" çərçivəsində bütün obyektlər ən yüksək tələblərə cavab verəcək və yüksək keyfiyyəti ilə seçiləcək.
C.Şerr vurğulayıb ki, "Bakı 2015"in Əməliyyat Komitəsi Oyunların keçirilməsi üçün bütün hazırlıq tədbirləri üzərində nəzarəti həyata keçirir: "Bunların sırasında mövcud obyektlərin bərpası, yeni obyektlərin tikintisi, nəqliyyat infrastrukturunun yenilənməsi, həmçinin obyektlərin tam hazır vəziyyətə gətirilməsi var".
İcraçı direktor bildirib: "Bir sıra işlər artıq başa çatdırılıb. Nəzərə alsaq ki, ehtiyatımızda daha 2 il yarım müddət var, növbəti 3-4 ayda bu işlərin kifayət qədər böyük hissəsinin yerinə yetirilməsinin şahidi olacaqsınız".
C.Şerr qeyd edib ki, "Bakı I Avropa Oyunları 2015" başlananadək yarışların təşkili, qonaqların Azərbaycan paytaxtında qəbul olunması, həmçinin xidmətlərin göstərilməsi ən yüksək səviyyəyə çatdırılacaq.
İcraçı direktor deyib: "Təbii ki, həyata keçiriləsi işlər hələ çoxdur və bu səbəbdən işlər gərgin qrafik üzrə gedir. Nəzərə alsaq ki, yarışlara o qədər də çox vaxt qalmayıb, təbii ki, biz işləri sürətli tempdə davam etdirəcəyik".
7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 49 Milli Olimpiya Komitəsinin nümayəndələri gizli səsvermə yolu ilə Bakı şəhərini əksər səs çoxluğu ilə 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edən şəhər qismində seçiblər. "Bakı I Avropa Oyunları 2015" haqqında daha ətraflı məlumatı www.baku2015 rəsmi internet saytından, həmçinin "Facebook", "Twitter", "YouTube" və "Google+"da əldə etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info