“Le Huffington Post”: “Biz suriyalı uşaqları xilas etməliyik”
Tarix: 26.09.2013 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Fransanın “Le Huffington Post” qəzeti Suriyada uşaqların acınacaqlı və təhlükəli durumu ilə bağlı yazıb. Qəzet bildirir: “Noor(ad şərtidir) hamiləliyinin son ayında olan gənc qadındır. İki həftə öncə o, üç uşağı ilə birlikdə ayağını yorğunluqdan və aclıqdan güclə çəkərək İordaniyadakı Zaatari qaçqın düşərgəsinə gəlib çıxıb. Son nəticədə aclıq təhlükəyə güc gəlib və Nooru öz doğmaları ilə birlikdə evi tərk etməyə məcbur edib. Onların sadəcə, yeməyə heç nələri olmadıqları üçün bu addımı atmağa məcbur olublar. Onlar doğma şəhərdən qaçıblar. Gecə ilə irəli gedərək, gündüzlər atəş altına düşməkdən qorxub gizəniblər. Düşərgədə Noor kiçik oğlunu ehtiyatla əlində gəzdirir. Yazan(Uşağın da adı şərtidir) arıqdır, özü də həddindən artıq. Onda kalsium çatışmazlığı aşkar ediblər. Onun birdən çox yaşı olmasına baxmayaraq, hələ də dişləri çıxmayıb. Suriyada müharibə başlayandan sonra ölkə hissələrə parçalanıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda hər üç xəstəxananın birindən çoxu dağılıb. “Save the Children” qeyd edir ki, müharibə başlayan andan ölkədə 3900 məktəb dağıdılıb, zərər çəkib, yaxud yad insanlar tərəfindən zəbt olunub. Bu gün Suriya qətiyyən uşaqların yaşaması üçün yararlı deyil. Onların milyondan çoxu artıq ailələrilə qonşu ölkələrdəki düşərgələrə qaçıblar. Onların hələ bəxti gətirib, çünki çox minlərlə başqa uşaqlar müharibədə öldürülüb. Qaçmağa məcbur olan hər bir uşaq təhsilsiz və konfliktə görə inkişafdan kənarda qalıb. Bu, bizim hamımızın utanc yerimizdə daha bir utandırıcı ləkədir. Beynəlxalq ictimaiyyət konfliktin həll edilməsinə nail ola bilmədi, onun dəhşətlərinə laqeyd yanaşmaqla uçurumu daha da dərinləşdirdi. Bizim Suriya xalqına ərzaq və zəruri predmetlər çatdırmaqda bacarıqsızlığımız uşaqların aclıqdan öz ölkələrinin xarabalıqlarında ölməsinə gətirib çıxardı.
Bu gün Suriyada qalan insanlar iki il yarımdır sürən müharibənin başlanğıcından qorxunc dəhşətlər içindədirlər.
Bu həftə “Save the Children” məruzə hazırlayıb. Bu məruzə açıq nümayiş etdirir ki, ərzaq çatışmazlığı və qiymətlərin fantastik artımı suriyalı uşaqları aclığa məhkum edir.
Əgər əvvəllər Suriya özü ərzaq məhsulları ixrac edirdisə, bu gün onun əhalisinin 4 milyon nəfəri(Bunun 2 milyon nəfəri uşaqlardır) təcili ərzaq yardımı gözləyir. Dağıntıların baş alıb getdiyi bir vaxtda isə onların sayı sadəcə artmaqdadır. Üç il öncə uşaqlar gündə üç dəfə sağlam yeməklə təmin olunmaq imkanına malik idilər. Amma bu gün onlar aclıq çəkirlər, qorxu içindədirlər, dərk edirlər ki, bütün dünya onları taleyin ixtiyarına buraxıb. İndi bizə suriyalı uşaqların yemək və tibbi xidmət çatışmazlığından öldükləri ilə bağlı faktlar məlumdur.
Hətta qidanın əlçatan olduğu yerdə belə, suriyalılar qarşısında qorxulu seçim dayanır: ac qalmaq, ya da atəş altına girmək.
Ölkənin hər tərəfindən belə xəbərlər gəlir ki, insanlar çörək üstündə növbəyə dayanarkən atəş yağışına düşürlər. Onların vəziyyətini təsəvvür edin: onlar acdırlar, ümidlərini itiriblər və güllə yağışından gizlənməyə çalışırlar.
Bu həftə BMT Baş Assambleyasının iclasında bizim liderlər bu müharibəyə görə insanlara ödənməli olan qiymətlə hesablaşmalıdırlar. BMT öz birləşmiş qüvvələrini toplayaraq dünyanın diqqətini bu böhrana yönəltməlidir və Suriyada hər kəsə xilasedici yardımla bağlı razılığa gəlməlidir. Onlar başa düşməlidirlər ki, minlərlə günahsız və həyat eşqi olan uşaqlar niyə insan nifrətinin burulğanına düşüblər. Suriyalı uşaqlar ağır və qara zaman yaşayırlar. Biz onların dostu olmalıyıq. Onlara yardım etməliyik. Bu müharibəyə son qoymalıyıq”.
Göründüyü kimi, Suriyada ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmalarının davam etməsi çox ciddi böhranlara və təlatümlərə gətirib çıxarıb. Suriya xalqının dəhşətləri o miqyasa gəlib çıxıb ki, hətta, Avropa qəzetləri də bunu etiraf edir və bu məsələnin pərdəarxası günahkarlarını ittiham edirlər, müharibəyə son qoyulmasına, insanları, uşaqları xilas etməyə çağırırlar. Qeyd edək ki, ölkəmizdə də müxalifət “ərəb baharı”ndan yararlanaraq bu fonda Azərbaycanda da ictimai-siyasi sabitliyi pozmağa, iğtişaşlara çağırırdılar. Amma onların bu cür nəhs səylərinə baxmayaraq, kimsə onların təhriklərinə diqqət yetirmədi və nə daxildən, nə də xaricdən onlara dəstək olmadı. Bütün bunlar isə radikal müxalifətin çirkin məqsədlərinin, ölkəmizə bir çox ərəb ölkələrinin faciəvi aqibətini yaşamaq niyyətlərinin puça çıxmasına gətirib çıxardı. Buna görə də Azərbaycan xalqı indi dünyada baş verənləri yaxşı dərk edərək, öz müstəqil inkişafımızı, ictimai-siyasi sabitliyi və asayişi çox yüksək qiymətləndirir, bunu təmin edən siyasi xadimlərimizə, dövlət rəhbərlərimizə güclü etimad bəsləyirlər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info