“Açıq Hökumətin təşviqinə dair islahatlara yeni impuls veriləcək”
Tarix: 26.09.2013 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumətin təşviqi” Koalisiyası tərəfindən həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti ictimai dinləmə Lerik və Yardımlı rayonlarında keçirilib.
İctimai dinləmələrdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Vəliməmmədova Arzu, yerli icra hakimiyyətinin rəsmiləri, ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. Ümumilikdə, ictimai dinləmələrdə 250 nəfər iştirak edib.
Mövzu ilə bağlı çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Açıq Hökumət Tərəfdaşlığı Bəyannaməsində deyildiyi kimi, bütün dünyada insanlar hökumətdə daha çox aşkarlıq olmasını tələb edirlər. Onlar ictimai işlərdə daha çox vətəndaşın iştirak etməsini, hökumətdə daha çox aşkarlıq olmasını tələb edirlər. Azərbaycan hökuməti bütün dünyada olduğu kimi bu yeni çağrışlara adekvat cavab verilməsi məqsədilə müvafiq tədbilər görür. 2011-ci ildə Azərbaycanın Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulması da məhz bu istiqamətdə atılan əhəmiyyətli addımdır. İndiyə qədər Azərbaycanda şəffaflığı artırmaq, korrupsiya ilə mübarizə aparmaq, vətəndaşlara səlahiyyətlər vermək, hökuməti daha effektiv və cavabdeh etmək yolunda bir sıra mühüm təşəbbüslər edilib. 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” qanun qəbul edilib. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktik işlər görülüb.
2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilib. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil ediblər. Elektron xidmətlərin “bir pəncərə” prinsipiəsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılıb.
2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir. Biznesə başlama sahəsində islahatlara görə Dünya Bankının “Doing Business-2009” hesabatında ən islahatçı dövlət kimi göstərilmişdir. 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından etibarən hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılmışdır. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir.
Azərbaycan 2003-cü ildən “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə (MHŞT) qoşulub. Əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə Dövlət Neft Fondu “Dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə BMT-nin “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. 2009-cu ildə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü mükafatı” Azərbaycana təqdim edilib.
“Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB-nin sədri Şahin Nəsrullayev isə Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbilər barədə məlumat verib. Onun sözlərinə görə, MFP-də informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması istiqamətləri üzrə həyata keçirilən tədbirlər artıq öz bəhrəsi verməkdədir. Artıq vətəndaşlar evlərindən çıxmadan elektron xidmətlər vasitəsilə bir çox xidmətlərdən istifadə edə bilərlər. Xüsusən, “ASAN xidmət mərkəzlərinin yaradılması bu sahədə vətəndaşlarımıza böyük töhfə oldu.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələri yekunlaşdıran Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda vətəndaşlara xidmət sektorunda, informasiyaya çıxışın genişləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində innovativ tədbilər həyata keçirilir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, institusional islahatlar, innovatov təşəbbüslərin tətbiqi prosesi davam edəcək. Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı çərçivəsində görülən tədbilər bu islahatlara yeni impuls verəcək.
Vətəndaşlar isə öz növbəsində bu islahatçı addımaları dəstəkləməli, onların daha çox səmərə verməsi üçün fəallıq nümayiş etdirməlidirlər. Cənab Prezident hər zaman vətəndaşlara səslənərək onları bu istiqamətdə fəal olmağa çağırıb. Vətəndaşlar yeni yaranan imkanlardan daha çox yararlanmağa çalışmalıdırlar.


İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info