“Azadlıq” radiosu bəyanatı ilə özünü ifşa etdi
Tarix: 26.09.2013 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyası nəzdində mətbuat qrupu bəyanat yayaraq “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının Azərbaycan qanunvericiliyinin tələblərini pozmaqda və seçki təşviqatı aparmaqda günahlandırıb. “Azadlıq” radiosu isə Yeni Azərbaycan Partiyasından ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə edən missiyasına şikayət edəcəyini bildirib: “Bu, hakim partiyanın müstəqil medianı qorxutmağa və seçkilərin işıqlandırılmasını nəzarətdə saxlamağa çalışmaq üçün istifadə etdiyi klassik hədə-qorxu taktikasıdır. “Azadlıq” radiosu seçkilərin işıqlandırılmasında seçki məcəlləsinə əsaslanan və professional, beynəlxalq media standartlarına uyğun fəaliyyət göstərən peşəkar media qurumudur... Bütün bunlar heç bir əsası olmayan, heç bir beynəlxalq konvensiyaya uyğun gəlməyən absurd ittihamlardır".
Qeyd edək ki, “Azadlıq” radiosunun bəyanatı savadsızlığın, qeyri-obyektivliyin və qərəzin bariz nümunəsidir. ABŞ Konqresi tərəfindən maliyyələşdirilən media necə müstəqil ola bilər? Ölkədə bu qədər media olduğu, bütün qütblərin mövqeləri işıqlandırıldığı halda hakim partiya seçkilərin işıqlandırılmasını necə nəzarətdə saxlaya bilər? “Azadlıq” radiosu namizədlərdən birinin davamlı təşviqatını aparmaqla necə və hansı seçki məcəlləsinə əsaslanır? Azərbaycan Seçki Məcəlləsinin qadağanedici müddəalarını görməzliyə vurmaq və qeyri-qanuni fəaliyyəti davam etdirmək nə vaxtdan professionallıq və beynəlxalq media standartlarına uyğun fəaliyyət olub? “Azadlıq” radiosunun bəyanatı bir daha orada çalışanların xislətini, əsl məqsəd və məramını açıq göstərir. Onlar seçki prosesinin işıqlandırılmasında təhriflərə yol vermək və “ağ”ı “qara” kimi göstərmək üçün bütün gedişlərə baş vururlar və bu zaman heç özlərinin qayda-qanunları pozduqlarının, normal media cildindən çıxdıqlarının, ifşa olunduqlarının fərqində də deyillər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info