Magistrlər ali məktəblərdə pedaqoji fəaliyyət göstərə bilərlər
Tarix: 26.09.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi: ”Cari dərs ilində rayonlara 1174 müəllim göndərilib”

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin magistratura səviyyəsini bitirmiş gənclərin ali məktəblərdə qalıb işləməsi məsələsinə aydınlıq gətirilib. Təhsil Nazirliyinin məlumatına əsasən, mövcud qanunvericiliyə görə, magistratura səviyyəsini bitirmiş məzunlar ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət göstərə bilərlər. Qeyd olunan məsələ ilə bağlı ali məktəblərin elmi işlər üzrə prorektorları ilə əlaqə saxlamaq olar.
Ali təhsil müəssisələrində müəllim vəzifəsinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə dövri mətbuatda elan olunur. Müsabiqə zamanı hamı (o cümlədən magistrlər) üçün bərabər şərait yaradılır. İşə qəbul zamanı magistrlər üçün heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmur. Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaq.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması vacibdir. Nazir bildirib ki, Azərbaycanda bütün təhsil pillələrində adam başına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması kimi məsələlərin həlli nəzərdə tutulur. Nazir qeyd edib ki, təhsil müəssisələrində ixtisaslaşdırılmış ödəniş sisteminin deyil, diferensial ödəniş sisteminin tətbiq olunması nəzərdə tutulur. Mikayıl Cabbarov müəllimlərin peşəkarlığı, onların karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, yeni metodlara verdikləri önəmə görə əməkhaqqının diferensial yanaşma əsasında müəyyənləşdirilməsinin zəruri olduğunu qeyd edib. Bildirilib ki, bu il ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu zamanı imtahan vermiş namizədlərin bir qisminin bilik səviyyəsinin kifayət qədər yüksək olmadığını nəzərə alaraq, müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxılması nəzərdə tutulur. Nazir bildirib ki, təhsil sistemi bacardığı səviyyədə mütəxəssisləri deyil, tələb olunan səviyyədə mütəxəssislər hazırlamalıdır. Tədris proqramlarının hazırlanmasında tədrisin nəticələri əsas meyar kimi götürülməlidir. Təhsil Nazirliyi bildirir ki, regionlarda pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, orta ixtisas təhsili müəssisələrində pedaqoji ixtisaslar üzrə kadr hazırlığının dayandırılması nəzərdə tutulmur. Ali və orta ixtisas təhsili müəssisələrinə bu və ya digər ixtisas üzrə tələbə qəbulu dövlətin və cəmiyyətin tələbinə müvafiq olaraq müəyyənləşdirilir. Nazirliyin məlumatında saxta diplomlarla bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən bütün təyinatlar zamanı, o cümlədən müəllimlərin işə qəbulu prosesində təhsil sənədləri ciddi yoxlanılır. Bu zaman dövlət nümunəli olmayan sənədlər aşkar edildikdə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına yönəldilir. Daha sonra qeyd olunub ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi təhsil sənədlərinin yoxlanması prosesini tam şəffaf şəkildə təşkil edir. Nazirlikdən o da bildirilib ki, cari dərs ilində rayonlara 1174 müəllim göndərilib. Müəllimlərə daha çox ehtiyac Gədəbəy, Lerik, Cəlilabad, Yardımlı rayonlarında olub. Hazırda vakant yerlər tutulanadək müddətli müqavilə bağlamaqla ixtisaslı müəllimlər cəlb edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info