Referendum Paşinyanın sonu ola bilər
Tarix: 24.02.2020 | Saat: 17:47:00 | E-mail | Çapa göndər



“Səriştəsiz Nikolun “fəaliyyətinin” nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyat iflic olub, investisiya yatıran yoxdur, həyat hər gün daha bahalı olur, yoxsulların sayı artır, dövlət sektorunda maaşlar azaldılır”


Məlum olduğu kimi, aprelin 5-də Ermənistanda referendum keçiriləcək. Bu referenduma ölkədəki siyasətçilərin münasibəti müxtəlifdir. Məsələn, bəziləri bunu Paşinyanın öz səlahiyyətlərindən sui-istifadə etməsi kimi xərəkterizə edirlər. «Qolos Armenii» saytına danışan hüquq müdafiəçisi Vahan İşxanyan bildirib ki, əgər, Paşinyan referendumdan qalib çıxsa, bu halda Ermənistanda qanunun aliliyi yox olacaq. Onun sözlərinə görə, ölkə məhkəmələrini öz təsiri altına salacaq Nikol bununla da ermənilərin zəlil günlərinə start vermiş olacaq.
Qeyd edilməlidir ki, əksər siyasi qüvvələr referendumda iştirak etmək istəmədiklərini elan etdikləri halda Paşinyan geri çəkilmək niyyətində deyil. Amma, ekspertlər hesab edir ki, situasiya dəyişə bilər. Məsələ bundadır ki, Nikolun xalqı yenidən hərəkətə gətirib kotəbii şəkildə öz iradəsinə itaət etdirsməsi ehtimalı azdır. Ölkə vətəndaşları aprel referendumunun onların real problemləri ilə əlaqəli olmadığını artıq başa düşürlər. Buna görə də onların könüllü olaraq seçki məntəqələrinə gedib Nikolun xeyrinə səs verəcəyi elə də inandırıcı görünmür.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan, bir müddət əvvəl Paşinyanın iş metodu, qəbul etdiyi qərarlarla bağlı bəzi nüansları cəmiyyətə çatdırmışdı. Nikolun referendum keçirməklə bağlı qərarı da qanunverici və icra hakimiyyətlərinin bütün qaynaqlarının səfərbər edilməsini tələb edən kortəbii qərarlar arasındadır. Təbii ki, referendumdakı məğlubiyyət Nikol üçün «qumdan tikilmiş bir qüllənin dağılmasına səbəb olacaq». Əslində, Paşinyan hakimiyyətinin “sementsiz”, sadəcə olaraq adi “qum”dan tikilmiş qala kimi təqdim olunması əsassız deyil. İki ildir yalan və populist şüarlar üzərində qurulan hakimiyyətin aqibətinin belə olacağı gözlənilən idi. Çünki bəzədilmiş yalanlardan bezən sadə erməni hakimiyyətdən verdiyi vədləri - iş və çörək tələb edir.
Paşinyanın referendumdakı qələbəsinə inanmayanlar aprelin 5-dən sonra ölkədə kütləvi iğtişaşlarlas başlayan yeni sabitləşmə dövrünün gözləndiyini də istisna etmirlər. Referendumdan sonra xalqın yenidən küçələrə axışıb bu dəfə artıq sərt şəkildə Nikolun dərhal istefasını tələb edəcəyi istisna edilmir.

«Qolos Armenii»:
“Paşinyan referendumdan qalib çıxsa, bu halda Ermənistanda qanunun aliliyi tamamilə yox olacaq. Ölkə məhkəmələrini öz təsiri altına salacaq Nikol bununla da ermənilərin zəlil günlərinə start vermiş olacaq”


Sayt müəllimlərin məvaciblərinin gecikdirilməsini, sosial proqramların ixtisar edildiyi bu şəraitdə baş nazirin iqtisadi problemləri bir tərəfə ataraq ayyarım müddətində antikonstitusiya layihəsi üçün kampaniya aparacağına mənfi yanaşırlar. Çünki kampaniyaya xərclənəcək vəsait nə Paşinyanın, nə də onun ətrafının deyil, sadə ermənilərin cibindən xərclənəcək. Kampaniyada şəxsən iştirak edəcək Paşinyan, həll olunmamış məsələlərlə bağlı adi vətəndaşların çoxsaylı suanlarını dinləyib onlara yeni şirin vədlər verəcək. Erməni xalqı artıq iki ildir ki, baş nazirin yalanlarını eşitməkdən yorulub. Səriştəsiz Nikolun “fəaliyyətinin” nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyat iflic olub, investisiya yatıran yoxdur, həyat hər gün daha bahalı olur, yoxsulların sayı artır, dövlət sektorunda maaşlar azaldılır. Sayt ehtimal edir ki, aprelin 5-də seçki məntəqələrinə gəlib Paşinyana dəstək verənlərin sayının çox olmayacaq. Bu halda Nikolun çıxış yolu əyalətlərdə özünə dəstək axtarmasıdır. Lakin artıq Ermənistan əyalətlərində də hökumətdən narazılıqlar hər keçən gün artır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
3 “Bizdən bunu etməyi gözləməyin!“
4 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
5 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info