Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib
Tarix: 24.02.2020 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. APA-nın TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, sədr baş nazirdən üzr istəməyi və haqqında səsləndirdiyi böhtan xarakterli fikirlər barədə təkzib verməyi tələb edir. Qeyd edək ki, Paşinyan Tovmasyanı bir neçə dəfə sərt tənqid edərək, onu əvvəlki rejimin müdafiəçisi adlandırıb. Fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin vaxtından əvvəl istefa vermələri tələbi ilə referendum keçirilməsi barədə qərar qəbul edib. Prezident Armen Sarkisyan də Konstitusiya düzəlişləri ilə bağlı referendumun aprelin 5-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Paşinyan dəfələrlə Tovmasyanın bu vəzifəyə saxta yolla seçildiyini bildirib. Tovmasyan da öz növbəsində siyasi təqibə məruz qaldığını irəli sürüb.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info