“Bu gün gənclərimiz xaricdəki nüfuzlu şirkətlərdə çalışırlar”
Tarix: 26.09.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


ADNA-nın III kurs tələbəsi Mahmud Sadıqov:
“Ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir, gənclərin təşəbbüsləri dövlət tərəfindən dəstəklənir”

Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialının yetişməli olduğunu deyən ölkə başçısı bildirib ki, Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir: “Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcək. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”.
Bu gün gənclər də dövlətin onlara yaratdığı bu şəraitdən razılığını bildirir. Müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin III kurs tələbəsi Mahmud Sadıqovdur:

-Azərbaycan XXI əsrdə özünün ikinci intibah dövrünü yaşayır. Ölkəmizin 5 min illik tarixi ərzində I intibah dövrü XII əsrə təsadüf edir. II intibah dövrü isə məhz bugünkü Azərbaycana təsadüf edir. Bu gün Azərbaycan dövləti özünün strategiyasında iqtisadi maraqlarını qorumaq şərti ilə dünya ölkələri arasında böyük nüfuz qazanıb. İldən-ilə Azərbaycan dünyanın siyasi, iqtisadi arenasında, öz mövqeyini saxlamaqla yanaşı, iri addımlarla irəliləyir. Bu gün Avropa dövlətlərində bir sıra iqtisadi böhranlar baş verir, işsizlik artır. Ancaq Azərbaycanda bu hadisələr görünmür, hiss olunmur. Bu gün artıq həmin amillərin olmamasının səbəbi, ölkədə aparılan düzgün siyasətlə bağlıdır ki, bu da İlham Əliyevin yeritdiyi siyasətin nəticəsidir. Onu da qeyd edim ki, Azərbaycan hökumətinin və dövlətinin diqqət mərkəzində gənclər ön sırada dayanıb. Bu gün ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir, gənclərin təşəbüssləri dövlət tərəfindən dəstəklənir və dəstəklənəcək. Bunu Prezident İlham Əliyev öz çıxışlarında bəyan edib. Bu gün ölkədə yeni müəssisələrin yaradılması, fabriklərin açılması, iş yerlərinin sayının artması gənclərə yaradılan ən böyük şəraitlərdən biridir.
- Ölkə iqtisadiyyatının inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan öz daxili siyasəti ilə yanaşı, xarici siyasətində investisiya siyasəti həyata keçirməklə dünya ölkələri içərisində iqtisadi uğurlar, nailiyyətlər əldə edib ki, bunun nəticəsində Azərbaycan gəncləri, düşünən beyinləri dövlətin dəstəyi ilə təhsil üçün xaricə gedirlər. Artıq Azərbaycanda ən böyük, nüfuzlu təşkilatlardan olan SOCAR-ın layihəsi əsasında gənclərimiz bu gün adıçəkilən şirkətin digər xarici ölkələrdə fəaliyyət göstərdiyi şirkətlərdə işlə təmin olunurlar. Bu gün iqtisadiyyatın çiçəkləndiyi bir dövrdə artıq Azərbaycanda işsizliyin rəqəmi getdikcə azalmaqdadır. Bunun əsas səbəblərindən biri gündəlik olaraq, dayanmadan, dinamik şəkildə yeni iş yerlərinin açılmasıdır. Məsələn, Xəzər dənizi ətrafında region ölkələri içərisində ən böyük zavodlardan biri olan, Qaradağ Gəmiqayırma zavodunun açılması, həmçinin bu yaxınlarda Tovuzda kənd təsərrüfatı ilə əlaqədar, süd məhsulları istehsalı üçün zavodun fəaliyyətə başlaması, o cümlədən ölkənin digər regionlarında şaxəli şəkildə müəssisə və təşkilatların açılması Azərbaycan iqtisadiyyatının inkişafında, dünya iqtisadi sisteminə inteqrasiyasında öz əhəmiyyətini qoruyub saxlayır. Bu gün Azərbaycan gəncliyi elə bir şəkildə inkişaf edib ki, onun elmi potensialı ölkədən kənarda da özünü göstərir. Belə ki, onların xaricdə fəaliyyət göstərən şirkətlərdə çalışması dövlətin siyasəti nəticəsində baş verir. Bu gün SOCAR-ın Gürcüstanda, Türkiyədə, Ukraynada və digər ölkələrdə apardığı siyasət, xüsusilə həmin yerlərdə açılan müəssisələr orada Azərbaycanın və gəncliymizin təmsil olunması ölkəmizin iqtisadi inkişafının ən mühüm istiqamətlərindən birini təşkil edir. Bütün bu tədbirlər ölkə başçısının apardığı düzgün siyasət nəticəsində həyata keçirilir.
- Təhsil aldığınız ADNA-da gənclərin işlə təminatı üçün yaradılan iş imkanları barədə nə deyərdiniz?
- Müasir Azərbaycan iqtisadiyyatı həm neft sektorundan asılılığı azaldılır həm də qeyri-neft sektoru güclü şəkildə inkişaf edir. Ölkə başçısı da dəfələrlə çıxışlarında bu sektorun inkişafının vacibliyini qeyd edib. Həmçinin 2010-cu ildə Azərbaycan keçid iqtisadiyyatını başa vurdu. Artıq danılmaz bir faktdır ki, neft sektoru inkişaf edən sektordur və buna da güclü bilik, elm lazımdır. Ona görə də Azərbaycanın bu sahədə əsas təhsil ocağı kimi Azərbaycan Dövlət Neft Akademiyasında tələbə qəbulu ilə bağlı yerlərin sayının artırılması dövlətin siyasətinin əsas tərkib hissəsidir. Bu yaxınlarda da məhz ADNA-da tələbə qəbulunu sayının artması təhsilimizin, elmimizin inkişafı, inteqrasiyası deməkdir. Tamamilə demək olmaz ki, hər bir tələbə işlə təmin olunacaq. Kapitalizmin özünün bir mexanizmi var ki, güclü olan qalib gəlir. Elm də də bu, belədir. Əgər kimin biliyi, savadı varsa ona hər yerdə yaşıl işıq yanır. ADNA-da olan şəffaflıq, elmi potensialın olması və gənclərin ondan istifadə etməsi, elmə, biliyə yiyələnməsi nəticəsində iş imkanı olacaq. Bu gün bizim ali təhsil ocağında artıq yeni bir sistem yaranıb. Bütün təşkilatlar, müəssisələr universitetimimizə müraciət edir və biliyi, savadı, qabiliyyəti olan gənclərdən yararlanır. Bu inkişafdır, tərəqqidir.
- Prezident seçkilərində ilk dəfə olaraq 70 minə yaxın gənc iştirak edəcək. Sizin bir gənc kimi seçkilərə münasibətiniz necədir?
- Qeyd etdiyim bütün inkişafı, tərəqqini nəzərə alaraq hesab edirəm ki, qarşıdan gələn prezident seçkilərində xalqın iradə və istəyi ilə İlham Əliyev prezident seçiləcək. Çünki İlham Əliyevdən başqa ikinci bir siyasi lider görünmür. Bəzi namizədlərin, o cümlədən C.Həsənlinin səsləndirdiyi fikirlər tamamilə yanlışdır və dövlətin əleyhinə yönəlmiş fikirlərdir. Bununla bağlı onu nə xalq, o cümlədən, Azərbaycan gəncliyi istəmir. Bəlkə də onun siyasi biliyi ola bilər, amma onun tətbiqi, xalq üçün istifadə edilməsi hansı səviyyədədir? Bu zaman sual oluna bilər ki, hakimiyyətdə olmusuz, prezidentin müşaviri vəzifəsində olubsuz, xalqa hansı xidmətləri göstəribsiniz? Bu suala C.Həsənli cavab verə bilməz. Azərbaycan gəncliyi düşünən, böyük elmə, potensiala malik bir gənclikdir. Prezident seçkilərində yaşı çatan hər bir gənc iştirak etməyi düşünür. Hesab edirəm ki, gənclərimiz kütləvi şəkildə İlham Əliyevə səs verəcəklər. Bu danılmaz bir faktdır. Artıq gənclər fikirləşir ki, onlara yaradılan bu şərait, bu imkanlar məhz onların inkişafı üçündür.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info