Medvedev də Ukraynanı iqtisadi sanksiyalarla hədələdi
Tarix: 26.09.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


MDB ölkələri arasında azad ticarət zonası haqqında müqaviləyə əlavədə iqtisadi təhdid olacağı halda müdafiə tədbirlərinin görülməsi ilə bağlı maddələr var. “AİF”in məlumatına görə, bu haqda məlumat verən Rusiya hökumətinin baş naziri Dmitri Medvedev qeyd edib ki, Ukrayna Avropa İttifaqı ilə azad ticarət zonası və assosiativ əməkdaşlıqla bağlı sənəd imzalayacağı halda müəyyən müdafiə tədbirləri həyata keçiriləcək.
Rusiya baş nazirinin sözlərinə görə, mümkün təhdidlər qarşısında müdafiə tədbirlərinin görülməsi ilə bağlı müddəalar Rusiya ilə Ukrayna arasında imzalanan sənədə 6 nömrəli əlavədə yer alıb. Dmitri Medvedev Avrasiya iqtisadi şurasının Astanada keçirilən toplantısından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, iqtisadi xarakterli təhdidlərin olmasını nəzərə alaraq daha bir xüsusi sənəd qəbul etməli olacaqlar. Qeyd edək ki, Medvedevdən əvvəl Rusiya dövlət başçısı Vladimir Putin də Ukraynanı hədələyib. Putin bildirib ki, Ukrayna ilə Avropa İttifaqı arasında noyabrda imzalanması nəzərdə tutulan sənəd Kiyevin maraqlarına uyğun deyil. Məsələ ondadır ki, bu sənəd imzalanacağı halda Rusiya Ukrayna mallarına müəyyən embarqolar tətbiq edə bilər. Daha doğrusu, Rusiya öz bazarlarını keyfiyyətsiz Ukrayna mallarından təmizləyəcəyini bəyan edib. Bununla da Kreml Ukraynaya təzyiq etməyə çalışır. Ukrayna ilə yanaşı Moldova da Avropa İttifaqı ilə assosiativ sənəd imzalamağı planlaşdırır. Bunu nəzərə alan Moskva təzyiq rıçaqlarını işə salıb. İlk addım kimi Moldovanın əsas gəlir mənbəyi olan çaxırların Rusiya bazarına daxil olmasına qadağa qoyulub. Təkcə bu addım Moldova iqtisadiyyatına ciddi zərbə kimi dəyərləndirilir. Ekspertlər hesab edir ki, bu gün Rusiyada minlərlə moldovan miqrant işləyir və hər ay evlərinə müəyyən məbləğdə dolanışıq pulu göndərirlər. Həmin miqrantlara qarşı sanksiyaların tətbiq edilməsi və onların bir çoxunun geri göndərilməsi Moldovada iqtisadi-siyasi partlayış yarada bilər. Rusiya hələlik çaxırlara qadağa qoymaqla Moldovanın yola gəlməsini gözləyir. Hazırda Moskvanın bütün diqqəti Ukraynaya qarşı yönəlib. Əlverişli geosiyasi mövqeyi, insan resursu, iqtisadi potensialı, dənizə çıxış imkanları, Rusiya ilə sərhəddə yerləşməsi, rusların enerji kəmərlərinin bir çoxunun bu ölkə ərazisindən keçməsi kimi amillər Ukraynanı strateji hədəf halına gətirir. Ukrayna uğrunda mübarizədə məğlubiyyət Rusiya üçün baha başa gələ bilər. Bunu nəzərə alan Rusiya uduzmamaq üçün bütün mümkün olan təzyiqlərdən istifadə edəcək. Rusiyanın dövlət kanallarında bu məsələ ilə bağlı yayımlanan reportajlarda səsləndirilən fikirlər kəskin mübarizə getdiyini təsdiqləyir. Rusiya ekspertləri hesab edir ki, bu gün Ukrayna iqtisadiyyatının ən böyük investoru Avropa İttifaqı yox, Rusiyadır. Ukraynanın belə bir investordan məhrum olması ciddi iqtisadi böhran yarada bilər. Çünki Avropa İttifaqı hazırda bu sahədə Rusiyanı əvəzləmək iqtidarında deyil. Ruslar hesab edir ki, Ukrayna bu oyundan qazanclı çıxmaq istəyirsə, Avropa İtifaqını yox, Gömrük İttifaqını seçməlidir. Ən azı bu halda Rusiyadan mavi yanacağı indi aldığı qiymətdən 3 dəfə ucuz almaq imkanı əldə edəcək. Rusiya televiziyalırı Ukraynadan müxtəlif reportajlar hazırlayaraq orada yaşayan rusların və rusiyapərəstlərin mövqeyini yayımlayırlar. Həmin Ukrayna vətəndaşları isə Avropa İttifaqı ilə əməkaşlığı rədd edərək, strateji müttəfiq olan Rusiya ilə əməkaşlığın daha da genişləndirilməsini tələb edirlər. Bir qədər də uzağa gedən rus ekspertlər son variant kimi Krımın Ukraynadan geri alınması tələbinin irəli sürülməsini təklif edirlər. Bu isə onu göstərir ki, noyabr ayı yaxınlaşdıqca postsovet məkanında Rusiya-Avropa İttifaqı mübarizəsi daha da kəskin xarakter alacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info