Özbəkistanda “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması
Tarix: 25.02.2020 | Saat: 13:56:00 | E-mail | Çapa göndər


“Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı dəyirmi masa keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında 31 yanvar 2020-ci il tarixli, 1784 nömrəli Sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırılıb.
Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd və regionlarda, habelə Özbəkistanın universitetlərində yaradılmış Azərbaycan ocaqlarında il ərzində Azərbaycanın “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması “Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı dəyirmi masavə seminarların keçirilməsini, ədibin əsərlərinin Özbək dilinə tərcümə edilməsini, Əbdürəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmənin yaradılmasını, habelə Özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info