İran və Türkiyə prezidentləri Nyu-Yorkda görüşüb
Tarix: 26.09.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


İran və Türkiyə prezidentləri arasında görüş keçirilib. Həsən Ruhani həmkarı Abdullah Güllə sentyabrın 25-də BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində bir araya gəlib.
Görüşdə ikitərəfli əlaqələr, Suriya böhranı və digər regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. H.Ruhani İran və Türkiyə arasındakı əlaqələrin səviyyəsinin yaxşı olduğunu bildirib: “Türkiyə İran üçün bir dost, qardaş və qonşu ölkədir. İki ölkə çox qədim və tarixi bir keçmişə sahib olmaqla xeyli ortaq çıxarlara malikdir. Bu keçmiş əlaqələrə söykənərək iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi lazımdır”. Onun sözlərinə görə, İran və Türkiyə arasında iqtisadi və ticarət sahəsində geniş əməkdaşlıq var. İki ölkə arasında 2015-ci ilədək ortaq ticarət və iqtisadi əməkdaşlıq haqqında bir rəqəm müəyyənləşdirilib. H.Ruhani deyib ki, bölgə problemlərinin həll edilməsi üçün region ölkələri, xüsusilə də Türkiyə və İranın ortaq səylərini davam etdirməsi çox vacibdir: “Suriyada heç bir ölkənin mənafeyi ona qonşu ölkələrinki qədər ola bilməz. Ona görə də Suriya böhranının həlli məsələsində ortaq bir yol tapmağımız lazımdır”. A.Gül də öz növbəsində bildirib ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etdirilməlidir. A.Gül İranın bölgə problemlərinin həll edilməsi istiqamətindəki səylərinin əhəmiyyətli olduğunu deyərək, Suriya böhranının nizamlanması üçün iki ölkə arasındakı əməkdaşlığın zəruri olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info