Allahşükür Paşazadə Astanada xüsusi fond yaradılmasını təklif edib
Tarix: 26.09.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan paytaxtında keçirilən “Astana qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. QMİ-nın mətbuat xidmətindən verilən məlumata görə, konfransdan öncə A. Paşazadə Qazaxıstan Senatının sədri Kayrat Mami tərəfindən qəbul olunub.
O, daha sonra Astana Forumlarının Katibliyinin XII sessiyasında iştirak edib. Müzakirələr zamanı çıxış edən QMİ sədri qurumun işinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini səsləndirib, ən mühüm təkliflərin reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi fondun təsis olunmasına ehtiyac duyulduğunu bildirib. A. Paşazadə konfransın açılış mərasimində də çıxış edib. O, Azərbaycan və Qazaxıstan dövlət başçılarının dinlərarası dialoq məsələlərində dəyərli təşəbbüslərlə çıxış etmələrini, multikulturalizm ideyalarına sadiqliklərini olduqca əhəmiyyətli hal adlandırıb. Şeyxülislam Qazaxıstan xalqının və onun lideri, türk xalqlarının ağsaqqalı Nursultan Nazarbayevin Qarabağ probleminin ədalətli həlli istiqamətində Azərbaycanın səylərinə hər zaman beynəlxalq müstəvidə dəstək nümayiş etdirməsini yüksək qiymətləndirib. A.Paşazadə Qazaxıstanın Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri Kayrat Lama Şərif, Vatikandan təşrif buyurmuş Papa yanında dinlərarası əlaqələr üzrə şuranın başçısı, kardinal Jan Lui Toran, iranlı Məhəmməd Bağır Xürrəmşad, Məcid əl-Turki və digər şəxslərlə ikitərəfli görüşlər keçirib. QMİ sədri Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Yerjan Mayamerovla da bir araya gəlib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info