“Ermənistan hələ də Rusiyanın köləliyindən xilas ola bilməyib”
Tarix: 25.02.2020 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Ruslar Ermənistanda baş verən inqilabdan sonra da bu ölkənin aciz ölkə olaraq qalmasını, dünya siyasətində öz sözünü deyə bilməməsini istəyirlər”

“Paşinyan-Əliyev görüşündən sonra mən erməni olduğuma görə utanıram”. Bu fikirlər Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru politoloq Andranik Miqranyana məxsusdur. Əslində, bu etiraf səmimi qəbul edilməlidir. Bu, bir çox ermənilər tərəfindən qəbul edilsə də, bir çox ikiüzlü və riyakar ermənilər tərəfindən elə də təqdir edlmir. Hətta bir çox erməni Miqranyan kimi düşünən erməniləri «erməni xalqı»nın düşməni adlandırmaqdan çəkinmirlər.

Məsələn, erməni politoloq Levon Şirinyan «1in.am» saytına verdiyi açıqlamada Miqranyanın fikirlərini “uğursuz” açıqlama kimi xarakterizə edib. Miqranyanın uğursuz rus agenti olduğunu bildirən Şirinyan deyir: “Ruslar Ermənistanda baş verən inqilabdan sonra da bu ölkənin aciz bir ölkə olaraq qalmasını, dünya siyasətində öz sözünü deyə bilməməsini istəyirlər. Əslində, bu gün Ermənistana qarşı Kremlin göstərişlərini həyata keçirməyə çalışanlar arasında Andranik Miqranyan tək deyil. Lakin belə görünür ki, onların da bütün çəhdləri uğursuzluqla nəticələnməkdədir. Miqranyan və onun həmfikirləri, sadəcə, Kremlin xidmətçiləri və agentləridirlər”. Şirinyana görə, belə ermənilər «persona non grata» elan edilməli və onların Ermənistana girişinə qadağa qoyulmalıdır. Miqranyan və onun həmfikirlərini Rusiyanın Ermənistandakı «beşinci kolon»unun təbliğatçıları kimi təqdim edən digər erməni politoloq Arkadi Vardanyan isə erməni xalqına inqilabçı hökumətin məntiqi çərçivəsi daxilində hərəkət etməyi məsləhət görür: “…Bu gün Paşinyanın yürütdüyü siyasət elə də uğurlu siyasət kimi qəbul edilməsə də, unutmamalıyq ki, ölkədəki inqilabdan sonra önümüzdə geniş qapılar açılıb.

Erməni ekspert:
“Əgər, bu gün bizim öz müstəqil iqtisadiyatımız yoxdursa, hansı inqilabi iqtisadiyyatdan danışa bilərik. Biz artıq ölkədəki dəmir yollarının vəziyyəti barədə danışmaqdan yorulmuşuq. Ölkədə cinayətkarlıq baş alıb gedir. Hazırda bizim nəyə ümid etdiyimizi anlamaqda çətinlik çəkirəm”

Doğrudur, biz hazırda hakimiyyətin hüquqa biganəliyini müşahidə etməkdəyik. Əslində biz bunu mövcud hakimiyyətin siyasi təcrübəsinin olmaması kimi yox, sadəcə, onun milli xəyanəti kimi qəbul etməliyik. Lakin bütün bunlara baxmayaraq, biz Miqranyan və onunla həmfikir olanlara meydan verə bilmərik”. Vardanyana görə, Ermənistan artıq Rusiyanın aləti olmadığını nümayiş etdirməlidir. Maraqlıdır ki, erməni xislətini biruzə verməkdən özünü saxlaya bilməyən Vardanyan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına hər vəchlə mane olmağın ermənilər üçün mühüm vəzifələrdən biri olduğunu dilə gətirib. Təbii ki, bunların ermənilər üçün əlçatmaz olduğunu etiraf edən politoloq, hər şeydən əvvəl, Ermənistandakı mövcud problemlərin həll edilməsində ölkəsinin hələ də acizliyini dilə gətirir: “…Əslində, biz hələ də köləlik vəziyyətindən o qədər də irəli gedə bilməmişik. Əgər, bu gün bizim öz müstəqil iqtisadiyatımız yoxdursa, hansı inqilabi iqtisadiyyatdan danışa bilərik. Biz artıq ölkədəki dəmir yollarının vəziyyəti barədə danışmaqdan yorulmuşuq. Ölkədə cinayətkarlıq baş alıb gedir. Hazırda bizim nəyə ümid etdiyimizi anlamaqda çətinlik çəkirəm”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info