Koronavirus təhlükəsinə qarşı bütün tədbirlər həyata keçirilir
Tarix: 25.02.2020 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir

Son günlər dünyada cərəyan edən COVİD-19 koronavirus adlı infeksiya Azərbaycanda müşahidə edilməsə də ölkəmizlə geniş sərhəddə malik olan İranda bir sıra arzuolunmaz fəsadlar törədib. Xəstəliyə yoluxanlar arasında ondan çox ölüm halının olması və bu ölkənin Azərbaycanla iqtisadi cəhətdən sıx bağlılığını nəzərə alsaq operativ şəkildə bir sıra ehtiyat tədbirlərin genişləndirilməsi qaçılmaz idi. Artıq Azərbaycan hökuməti bu istiqamətdə bir sıra tədbirlər də görüb. İlin əvvəlindən Azərbaycan Prezidentinin tapşırığına əsasən xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bir sıra ciddi tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Çin Xalq Respublikasında COVİD-19 koronavirus infeksiyası yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiyası yaradıldı, yanvarın 30-da isə Fəaliyyət Planı təsdiqlənib. Bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarda profilaktik tədbirlərin həyata keçirilir. Bundan başqa, Azərbaycana gələn sərnişinlər ciddi şəkildə yoxlanılır və bu günədək koronavirusa yoluxma halı da qeydə alınmayıb. Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayılmasından sonra Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçdi. Hazırda da sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib.

ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

Bu arada qeyd edək ki, dünyada yayılan məlum virusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) ehtiyat tədbirlərini davam etdirir.
ASCO-dan “Palitra”ya verilən məlumata görə QSC sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib.
Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il tarixində ASCO-nun Xəzər Dəniz Neft Donanmasının inzibati binasında, “General Əsədov”, “Lütoqa”, “İrgiz” və “Ədalət Gülməmmədov” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının “Bəstəkar Qara Qarayev” və “Naxçıvan” gəmilərində tələblərə uyğun dezinfeksiya işləri aparılıb.
İşlər xüsusi lisenziya əsasında fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış şirkətlə birlikdə Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının müşayiəti ilə həyata keçirilir.
Tapşrığa uyğun olaraq dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetiriləcək. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
Bütün bunlarla bərabər, sahil heyətinin virusa yoluxmasına qarşı yönəlmiş tədbirlər çərçivəsində ASCO-nun “Dənizçilər poliklinikası” MMC-nin həkimləri ciddi maarifləndirmə işləri aparırlar.

Profilaktik tədbirlər görülməlidir

Maarifləndirmə işlərindən söz açmışkən, Mərkəzi Gömrük Hospital da bu istiqamətdə bir sıra tədbirlər görür. Hospitaldan “Palitra”ya verilən məlumata görə, məlum virus hazırda ölkəmizdə müşahidə edilməsə də mütəxəssislərin rəyi ilə hazırlanan bəzi tövsiyələr əsasında koronavirus təhlükəsini önləmək üçün insanlar maarifləndirilirlər. Yəni, hər hansı yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı qabaqlayıcı tədbirlər görmək vacibdir. Bununla bağlı təlimatda deyilir ki, virus daha çox öskürək və asqırma (hava-damcı) yolu ilə yayılır. Profilaktika üçün isə kütləvi yerlərdə mütləq qoruyucu maskadan istifadə etmək lazımdır: “İnsanlar əllərini ən azı 20 saniyə isti su və sabun ilə yumalı və ya spirt tərkibli dezinfektantlarla ovuşdurmalıdırlar. Bundan başqa tibbi maskalardan düzgün istifadə qaydalarına riayət edilməlidir-burun və ağız örtülməli, maska taxıldıqdan sonra ona toxunulmamalı, hər 2-3 saatdan bir dəyişdirilməlidir.
Həmçinin kirli əllərinizlə üzünüzə, gözünüzə, ağız və burnunuza toxunmayın”.

Hospitaldan verilən təlimat xarakterli məlumatda o da vurğulanıb ki, bu epidemiya bütün dünya əhalisini narahat edir. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur və qısa müddət ərzində təngnəfəslik əmələ gətirir. Bu təhlükəli virus yüngül soyuqdəymədən ölümcül xəstəliyə səbəb ola bilər. Əsas isə insanların gigiyenik qaydalara düzgün əməl etməsi və immunitetlərini gücləndirən qidalara üstünlük vermələridir. Vətəndaşlar kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməlidirlər. Əllər tez-tez yuyulmalı, xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunmalıdır. Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar. Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır. Vətəndaşlar üzərlərində dezinfeksiya vasitələri gəzdirməsi və ondan istifadə etməlidirlər. İnsanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.

Bir məqamı da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumları ilə daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir. Bununla yanaşı, adətən belə beynəlxalq miqyaslı hallar müşahidə olunan zaman ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə etibar etməsin, yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etsin.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11481

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Tural İsmayılov: “Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info