Ukraynada “SOCAR” brendli daha iki yanacaqdoldurma məntəqəsi
Tarix: 26.09.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan “SOCAR-Ukraine” şirkəti Ukraynanın Çerkask vilayətində “SOCAR” brendi adı ilə fəaliyyət göstərən daha 2 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
Yanacaqdoldurma məntəqəsinin biri Çerkask şəhərində, ikincisi isə Uman şəhərində açılıb. Burada alıcılara yüksək keyfiyyətli “Avro-4” və “Avro-5” standartlarına uyğun ekoloji təmiz yanacaq təklif olunacaq. Neft məhsulları arasında A-92, A-95, Nano-95 və “Nano Diesel” markalı benzinlər avtomobil istifadəçilərinə təklif edilir. Bundan başqa, 24 saat fasiləsiz xidmət göstərəcək yanacaqdoldurma məntəqəsində pulsuz Wi-Fi olacaq. Bununla da Ukraynanın Çerkask vilayətində SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 4-də çatdırılıb. Bütün Ukrayna ərazisində isə bu tip məntəqələrin sayı 35 olub. Qeyd edək ki, “SOCAR-Ukraine” Ukraynada yanacaqdoldurma məntəqələrinin açılması sahəsində 2010-cu ildən fəaliyyət göstərir. “SOCAR” yanacaqdoldurma məntəqələri ölkənin 6 vilayətində - Kiyev, Lvov, Odessa, Nikolayev, Rovensk və Çerkaskda fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
14.11.2018
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info