Əli Kərimlinin maliyyə maxinasiyaları barəsində şok faktlar açıqlandı
Tarix: 26.09.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələrdə Əli Kərimli və onun yaxın ətrafının fantastik miqdarda maiyyə əməliyyatları etməsi barədə yazı gedib. Yazıda qeyd edilir ki, bununla bağlı sensasion sayılacaq bank sənədləri üzə çıxıb.

Həmin sənədlərdə Azərbaycan müxalifətinin liderlərindən birinin - AXCP sədri Əli Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları keçir: “Bu bank materiallarının təhlili ortaya həddən artıq arzuedilməz mənzərə çıxarır. Məlum olur ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il, oktyabrın 30-dan 2013-cü il, iyunun 13-dək olan müddətdə banklardan Azərbaycan reallığında (yeri gəlmişkən, təkcə Azərbaycan yox, elə Qərb reallığında da!) fantastik görünən məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar. Özü də nağd şəkildə...
Azərbaycan müxalifətinin lideri, indiki hakimiyyətin və şəxsən prezidentin özünün ardıcıl və alovlu tənqidçisi, baş tutmayan Azərbaycan inqilabının ideya və ilhamvericisi Azərbaycan oliqarxlarına məxsus banklardan praktiki olaraq 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarır, iriməbləğli maliyyə əməliyyatları aparır, böyük həcmdə pul kütləsini qəbul edir və ya iri məbləğlərdə vəsaiti harasa göndərir... Burada dərhal Əli Kərimlinin cavab verməyə sadəcə olaraq borclu olduğu üç vacib sual yaranır: 1. Bu pullar haradandır? Onların mənşəyi haradandır? 2. Müxalifət lideri banklardan bu qədər pulu nağd şəkildə çıxarmağa necə nail olub? 3. Bu milyonlar hara xərclənib?”

Xalis korrupsiya
faktları...


Bu qədər pul Əli Kərimliyə haradan gəlib? O, 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib. Bizneslə məşğul deyil. Nə o, nə də AXCP beynəlxalq fond və təşkilatlardan qrant almayıblar. Bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlib?
Daha bir sual. Bəs bu, necə olur ki, AXCP-nin və Əli Kərimlinin elə öz ifadələri ilə desək, “müxalifətçilərlə bağlı bütün maliyyə əməliyyatlarının xüsusi xidmət orqanları və Daxili İşlər Nazirliyi tərəfindən bitdə-bitdə izləndiyi avtoritar və despotik Azərbaycanda” ölkənin əsas müxalifətçisi yüz minlərlə manatlıq əməliyyatları belə sərbəst, arın-arxayın şəkildə həyata keçirə bilir?
Milli Təhlükəsizlik Nazirliyi 2012-ci il, martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidovu həbs etməklə bu suallara qismən cavab verib. Elnur Seyidov “Texnikabank”da çox qəribə və müəmmalı şəkildə yüksək post tuturdu. O, ta həbs olunduğu günə qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsini daşıyırdı. E.Seyidov 2011-ci il, yanvarın 28-dən 2012-ci il, fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb. Bəs bu pullar kimə və hara göndərilib? Bu, çox böyük sualdır. Məlumatlı mənbələr deyirlər ki, nəqdləşdirilmiş bu pulun xərclənən hissəsini hətta istintaq da müəyyən edə bilməyib. Lakin bunlar da hələ hamısı deyil. Əli Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il, sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində “Texnikabank”da 75 min funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparıb.
Onlar indi bu əsas suala cavab verməlidirlər: müxalifət liderinin yeniyetmə oğlu Türkel Kərimlidə bu qədər pul haradandır ki, o, cəmi 20 gün ərzində 100 min avrodan çox məbləğdə maliyyə əməliyyatı həyata keçirir?
Şəffaflıq məsələsi Əli Kərimlini bu suala cavab verməyə məcbur eləməlidir. Amma bu hələ ən asan sualdır. Cənab Kərimli hələ daha ağır suallara cavab verməli olacaq. Davam edək.
Mötəbər mənbələrin verdiyi informasiyaya görə, Əli Kərimli 2008-ci ildə “Texnikabank”ın Yasamal filialından 145 min manat məbləğində kredit götürüb. Demokratiya uğrunda mübarizə aparan baş müxalifətçi bu kredit borcunu cəmisi bir neçə ayın içində çox asanlıqla, yəni heç bir ləngimə və problem olmadan ödəyib qurtarıb. Yeri gəlmişkən, özü də təkcə öz borcunu da yox! Əli Kərimli oğlu Türkel Kərimlinin də 20 min 640 funt-sterlinq və 12147 manatlıq iki kredit borcunu ödəyərək borc hesablarını bağlayıb. Bəs bunu hansı mənbələr hesabına edib? İşsiz müxalifətçi bu 200 min manatı qəfildən haradan tapmışdı? Və Əli Kərimli inanılmaz məbləğdəki bu yekə pulları nəyə xərcləmişdi?
2009-cu ilin sentyabrında isə Əli Kərimli dünyanın ən nəhəng və aparıcı banklarından biri olan “Barklays Bank PLC” bankında oğlunun - yenə həmin Türkel Kərimlinin adına hesab açdırıb. Türkel Kərimli elə həmin il də Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan “S.T.Edwards School”un tələbəsi olur. Əli Kərimli 2009-cu il, iyulun 29-dan etibarən oğlunun “Barklays Bank PLC” bankındakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayır. Ölkənin heç yerdə işləməyən baş müxalifətçisi iyulun 29-da 30 min funt-sterlinq məbləğindəki ilk tranşı göndərir. Əli Kərimli Britaniyanın nüfuzlu ali məktəbində oxuyan oğlunun təhsil haqqını hansı mənbələrdən ödəyirdi?
Əgər Ə.Kərimli bu suala cavab verə bilsə, biz ona növbəti, daha ağır bir sual verərik. Ə.Kərimli 2011-ci il, sentyabrın 26-da oğlunun bu dəfə artıq digər nüfuzlu Britaniya universitetində - Bristol Unuversitetində aldığı təhsilin haqqını ödəmək üçün daha 25 min funt-sterlinq göndərib. AXCP sədri bəlkə deyə: o, bu pul və daş-qaş xəzinəsini haradan tapmışdı?
Çox maraqlıdır ki, Əli Kərimli Dübəndi kəndində üçmərtəbəli dəbdəbəli malikanəsini də məhz elə həmin dövrdə, həmin illərdə tikdirmişdi. Şəhərdən kənardakı bu villanın tikintisi ölkənin korrupsiyaya qarşı baş mübarizinə bir neçə yüz min manata başa gəlmişdi.
Bank sənədlərindən də göründüyü kimi, Əli Kərimlinin baldızı Aytən Seyidova da çox zəngin adamdır. Aytən xanım 2005-ci il parlament seçkilərindən dərhal sonra qəfildən, tamamilə gözlənilməz şəkildə haradansa 500 min avro pul tapır və nəhəng məbləği ifadə edən həmin əskinasları “Texnikabank”ın Yasamal filialında banka qoyur. Bir neçə aydan sonra Aytən xanımın hesabına daha bir tranş daxil olur. Bu dəfə nisbətən az - “cəmisi” 31 min manat. Belə təsəvvür yaranır ki, “Texnikabank” Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan aparıcı müxalifət partiyası liderinin praktiki olaraq ailə podratına götürdüyü maliyyə təsisatı imiş...
2013-cü il, iyunun 19-da bankdakı hesabından 130 min manat çıxarıb. Amma bu pul ona azlıq edib və əmioğlu cəmi 6 gündən sonra bank hesabından daha 25 min manat nağd pul götürüb. İndi bütün bunlardan sonra kim durub deyə bilər ki, Azərbaycanda cəbhəçilərin tez-tez təkrarladığı bayağı ifadə ilə desək, “Əliyev rejiminin” tənqidçilərinin yaxınlarını və qohumlarını sıxışdırırlar? Ə.Kərimlinin 6 günə 155 min manat nağd pul çıxaran qohumunun timsalında ayrı həqiqətin şahidi oluruq.
Tofiq Kərimov 2013-cü il, iyunun 13-də “Muğanbank”ın Mingəçevir filialındakı hesabından 30 min manat pul çıxarır, sonra isə banka 193 min 364 manat depozit qoyur. Sual olunur: Tofiq Kərimov prezident seçkilərinə bir neçə ay qalmış öz bank hesablarından 207 min manatı niyə çıxarırdı? Bu qədər pul Tofiq Kərimova haradan gəlmişdi? Və bu pullar nəyə xərcləndi? Tofiq Kərimov özü xırda bizneslə məşğuldur. Köhnə-külə əşyalar bazarında xarici maşınların ehtiyat hissələrini alıb-satır. Razılaşın ki, belə xırda ticarətlə bu qədər pul qazanmaq olmaz. Yəqin oxucular üçün də maraqlı olar ki, Tofiq Kərimov dövlət nömrə nişanı nəyə görəsə 90 VO 713 olan “Pajero” markalı dəbdəbəli CİP-də gəzir (bu avtomobilin qiyməti haradasa 40 min manatdır).
Yüz minlər və milyonlar təkcə Kərimlinin özünün yox, onun həm də müavinlərinin bank hesablarında ora-bura “hoppanır”. Məsələn, AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynovun “Rabitəbank”ın Sumqayıt filialında babat bank hesabı var. 2013-cü il, mayın 15-də Hüseynovun bank hesabında qəfildən “yağlı” bir məbləğdə pul peyda oldu - 46 min 464 manat! AXCP Rəyasət Heyətinin digər üzvü Rövşən Quliyev isə mebel istehsalı ilə məşğuldur. Rövşən Quliyevin özünün xırda mebel fabriki, Hacıqabulda mebel mağazası, “Toshiba” elektirk malları satışı mağazası var. Hər iki azərbaycanlıdan biri belə ciddi biznesi yalnız arzulaya bilər, elə deyilmi?! Bizim müxalifətçilər isə bu mübarizədə yaxşıca pul qazanırlar. Azərbaycan müxalifətinin liderləri - Əli Kərimli və qardaşağaları nəinki qeyri-müəyyən mənbələrdən gələn vəsaitlər, həmçinin Rusiyadan da müntəzəm maliyyə yardımları alırlar. Əli Kərimlinin köməkçisi Faiq Əmirov fiziki şəxslər arasında pulköçürmə sistemi olan “Western Union” vasitəsilə hansısa Yelena Andreyevna Sadqiyevadan müntəzəm olaraq pul alır. Yelena Andreyevna Sadqiyeva adı altında gizlənən adam kimdir? Bu da bir sualdır.
Cəbhəçilərin bu müəmmalı sərvətinin üstündəki sirr pərdəsini yalnız Kərimli ailəsinin maliyyə imperiyasının baş meneceri, müttəhim Elnur Seyidov qaldıra bilər. Yeri gəlmişkən, MTN Seyidovun işi üzrə istintaqı artıq yekunlaşdıraraq bütün materialları məhkəməyə göndərib. Böyük ehtimalla müxalifət partiyası liderinin nəhəng maliyyə gəlirlərinin əsl mənbəyini Ə.Kərimli ilə yanaşı E.Seyidov da gözəl bilir. Yəqin ki, məhkəmə dinləmələrində onun dili açılacaq və qanunsuz bank əməliyyatları haqqında hər şeyi danışacaq. Hərçənd ki, müxalifət liderinin özü də onu qabaqlaya və ictimaiyyəti özünün çoxmilyonlu gəlirlərinin mənbəyi haqda məlumatlandıra bilər. Əli Kərimlinin özünün də uğrunda mübarizə apardığı şəffaflıq, korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı barışmazlıq, ədalət hissi də bunu tələb edir.
Əli Kərimli özü elə bu günlərdə bəyan elədi ki, müxalifət hakimiyyət uğrunda yox, dəyərlər sistemi uğrunda mübarizəyə başlayır. Elə məhz bu dəyərlər Əli Kərimlinin üzərinə öz gəlirlərinin mənbəyi haqda danışmaq öhdəliyi qoyur. O, bu qədər pulu qazanmağa və xərcləməyə necə nail olub?”
Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info