ATMU-da beynəlxalq dəyirmi masa keçirilib
Tarix: 26.02.2020 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının təşkilatçılığı ilə “Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru, p.e.d., prof. İrana Əliyeva tədbirə qatılan iştirakçıları və xarici universitetlərin professor-müəllim heyətini salamladıqdan sonra qeyd edib ki, ixtisaslı və peşəkar kadr potensialının yaradılmasını hədəfləyən Azərbaycan Turizm və Menecment Universiteti xarici əlaqələrin genişləndirilməsində də maraqlıdır. Beynəlxalq onlayn dəyirmi masaların təşkili ənənəsi ADA, UNEC, BDU, BMU və digər universitetlərin təcrübəsindən də məlumdur. İ.Əliyeva ATMU-nun tədbirlər planına əsasən marketinq kafedrasının təşkilatçılığı ilə universitet əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) UNEC Rus İqtisad Məktəbinin direktor müavini professor Elşad Məmmədov, Bakı Mühəndislik Universitetinin prorektoru, dosent Elçin Süleymanov, DİA-nın professoru Fərhad Rəhmanovla tərəf müqabili olduqlarını deyib. Lakin növbəti dəyirmi masa eyni anda fərqli ölkələr- Estonya, Moldova, Ukrayna, Bolqarıstan və Rumıniyanın universitetləri ilə canlı bağlantıdan faydalanıb görüşmək və əlaqələr yaratmaq ideyası Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən daha bir ilkə imza atılması deməkdir. Bu görüşün nəticəsi olaraq tam əminliklə demək olar ki, əlaqələr müstəvisində tələbə və müəllim mübadiləsinə, faydalılıq əmsalı yüksək dəyərləndirilən təcrübənin tətbiqinə təkan verəcək.
Rumıniyanın “ARTİFEX” Universitetinin rektoru Ph.D.Prof.,Alexandru Manole öz videoçarxında başda ATMU-nun rektoru İlham Mədətov olmaqla universitetin professor-müəllim heyətinə salamlarını çatdırdı.Qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə və inkişafına nail olmaq üçün səylərini əsirgəməyəcəyini bildirdi. İştirakçılara uğurlar arzuladı.
Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov “Ali təhsilin iqtisadi artımı”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri, əməkdar elm xadimi, professor Əli Əlirzayev “Azərbaycan iqtisadiyyatının inkişafında sosial islahatların əsas istiqamətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rus İqtisad Məktəbinin direktor müavini i.e.d., prof. Elşad Məmmədov “Nağdsız dövriyyənin ölkənin iqtisadi artımına təsiri”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rus iqtisad məktəbinin iqtisadiyyat kafedrasının məsləhətçisi, i.e.d., prof. Fərhad Rəhmanov “Sosial sahibkarlıq: müəssisələrin sosial inkişafı. a)Beynəlxalq təcrübə və Azərbaycan həqiqətləri; b) Özəl müəssisə və onun mövcud vəziyyəti”, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) marketinq kafedrasının müdiri i.ü.f.d., dos. Elmira Qocayeva “Qloballaşma şəraitində Azərbaycan dövlətinin sosial siyasəti: a) müasir vəziyyət; b) problemlər və icra mexanizmi”, Bakı Dövlət Universitetinin (BDU) “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru i.e.d., prof. Vahid Abbasov “Sahibkarlığın inkişafının iqtisadi artıma təsiri” mövzusunda məruzə etdilər. Birbaşa canlı bağlantıya qatılan Moldova,Rumıniya,Ukrayna və Bolqarıstan universitetlərinin elm adamları tərəfindən konkret desək qeyri – neft sektorunun prioritet istiqamətlərini ehtiva edən mövzulara həssaslıqla yanaşmaları diqqətdən yayınmadı. Fikir mübadiləsi şəraitində davam edən canlı bağlantı iştirakçılar tərəfindən razılıqla qarşılandı.
Qeyd etmək lazımdır ki,”Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusuna həsr olunan beynəlxalq onlayn tədbir Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərib.
Nigar







 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Bakı Xoreoqrafiya Akademiyası: 500-dən artıq şagird və tələbə distant təhsildən yararlanıb
08.04.2020
İsveç tədqiqatçıları infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıblar
07.04.2020
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
07.04.2020
Kurikulumun yaranması və inkişafı
07.04.2020
Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info