“Neft Fondunun büdcəsində neftin qiyməti 100 dollar məbləğində götürüləcək”
Tarix: 26.09.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Neft-qaz şirkətləri ictimaiyyətə məcburi hesabat verəcəklər
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmasının 10 illiyinə həsr olunmuş “Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə” adlı beynəlxalq Bakı konfransı keçirilib.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov konfransı açaraq ölkəmizin MHŞT-yə qoşulmasından danışıb və ötən 10 ildə görülən işlərdən, əldə olunan uğurlardan bəhs edib. Cari ilin may ayında Sidneydə keçirilən konfrans zamanı MHŞT-yə yeni bir nəfəs verildiyini diqqətə çatdıran Ş.Mövsümov ARDNF-nin bu standarta uyğun hesabatının hazırlanması üzərində iş aparıldığını vurğulayıb.
MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberq çıxış edərək bildirib ki, artıq açıqlıq, şəffaflıq yeni bir mərhələyə çatıb. Şəffalıq korrupsiyaya qarşı mübarizədə, insanların məlumatlandırılmasında xüsusi rol oynayır. Qəbul olunan yeni standartlar 39 dövlətdə icra olunmağa başlayıb: “Bu standartların təməlində daha ətraflı və konseptual məlumatların toplusu dayanır ki, biz onlardan istifadə edə bilək. Şübhə yoxdur ki, Azərbaycan bu sahədə lider rolunu oynayır. Biz bu hamar olmayan yolu birlikdə qət edib, bir-birimizdən öyrənmişik. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi digər dövlətlər tərəfindən də öyrənilir”.Qeyd edək ki, jurnalistlərə açıqlama verən Şahmar Mövsümov bildirib ki, Azərbaycanda MHŞT-nin tətbiqi çərçivəsində 2013-cü ilin yekunları üzrə hesabat yeni standartlara uyğun şəkildə hazırlanacaq. Onun sözlərinə görə, yeni standartlara uyğun olaraq indi MHŞT çərçivəsində mədən sənayesi çərçivəsində ümumi əməliyyatların həcmi yox, təşəbbüsə üzv olan hər bir şirkətin məlumatları əks olunacaq: “Bundan sonra bütün şirkətlər fərdi qaydada öz hesabatlarını təqdim edəcək və bu, bütün MHŞT-yə üzv olan şirkətlərə aid olacaq”. Ş.Mövsümov bildirib ki, Azərbaycanın hər bir vətəndaşı ölkəsinin əldə etdiyi gəlirlər barədə məlumat əldə etməyə layiqdir: “Bu yeni standart bütün MHŞT iştirakçı dövlətlər üçün növbəti bir mərhələdir. Əvvəllər beynəlxalq MHŞT üzrə qoyulmuş tələblərə görə, şirkətlər öz istəkləri ilə bu hesabatı təqdim edirdilər”. Fond sədri bildirib ki, yeni qəbul olunmuş standarta görə, hər bir neft-qaz şirkəti məcburi şəkildə qazandığı gəlirlər barədə ictimaiyyətə ətraflı hesabat verəcək: “Bu, son illər ərzində əldə olunan olduqca böyük bir nailiyyətdir. MHŞT çərçivəsində hesabatın yeni detallı və ətraflı forması xüsusilə neft-qaz sektoru daxil olmaqla hasilat layihələri çərçivəsində əldə olunan gəlirlər barədə məlumatı daha əlçatan edəcək”. Şahmar Mövsümov bildirib ki, Neft Fondunun 2014-cü il üçün büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiyməti bir barelə görə 100 dollar məbləğində götürüləcək. Onun sözlərinə görə, neftin qiymətinin proqnozlarına yenidən baxılıb: “Müvafiq olaraq gələn ilin büdcəsində neftin bir bareli 100 dollardan hesablanacaq".
Anar




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15.02.2019
Sabirabad və Salyanda qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info