Avropanın təhsil üzrə həmkarlar ittifaqları Bakıda toplaşıb
Tarix: 26.09.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Azərbaycan, Belarus, Macarıstan, İsrail, Makedoniya,
Sloveniya, Bosniya və Hersoqovinanın təhsil üzrə həmkarlar ittifaqları müqavilə imzalayıb


Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin “Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti” mövzusunda təşkil etdiyi dəyirmi masa keçirilir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) ev sahibliyi ilə keçirilən tədbirdə Mərkəzi və Şərqi Avropanın, eləcə də Asiyanın 25 ölkəsində təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 72 nümayəndə iştirak edir.

Dəyirmi masada çıxış edən Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin direktoru Martin Romer tədbirin əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Təhsil naziri Mikayıl Cabbarov dəyirmi masada çıxış edərək bildirib ki, ölkəmiz sürətlə inkişaf etdikcə və qlobal cəmiyyətə qovuşduqca onun qarşısında yeni imkanlar açılır, yeni çağırışlar yaranır. Təhsil dünyanın hər yerində ən həssas və əhəmiyyətli sahə olduğundan qarşıya çıxan problemlərin həllində birgə səylər və əməkdaşlıq üçün geniş meydan açılır.
Nazir vurğulayıb ki, Azərbaycanda bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması kimi məsələlərin həlli nəzərdə tutulur. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ respublika komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqlara həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti barədə məlumat verib, həmçinin ölkədə həyata keçirilən uğurlu təhsil siyasətindən danışıb. Qeyd olunub ki, hər il yeni-yeni məktəb binaları tikilir, uşaqların yaxşı təhsil alması, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılır. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan artıq insan, o cümlədən uşaqlar doğma yurd-yuvasından didərgin düşüb, minlərlə təhsil müəssisəsi dağıdılıb. Dəyirmi masanın birinci iş günündə “İqtisadi idarəçiliyin Avropada təhsil sektoruna təsiri”, “Böhranın müəllimlik sənətinə təsiri”, “Təhsil işçilərinin iş şəraitinə təsirlər” və digər mövzularda məruzələr dinlənilmiş və müzakirələr aparılıb. Tədbir çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Belarus Təhsil və Elm İşçiləri İttifaqı, Macarıstan Müəllimlər Birliyi, İsrail Müəllimlər Birliyi, Makedoniya Elm Təhsil və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Sloveniya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Bosniya və Hersoqovina İbtidai Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilələrdə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı, təhsil sahəsində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi və digər aktual məsələlər öz əksini tapıb. “Dəyirmi masa” sentyabrın 28-dək davam etdirəcək.

“Sahibkarlar iş yerlərində təhlükəsizlik qaydalarına
riayət etməlidir”


Millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda əmək mühafizəsinin pozulması nəticəsində nə qədər bədbəxt hadisənin baş verməsi ilə bağlı statistika hazırlanır. O bildirib ki, AHİK əməyin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirir: “Sovet dövründə mütəmadi olaraq iş yerlərində əməyin mühafizəsi ilə bağlı ildə iki-üç dəfə yoxlamaların aparılması ilə yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilirdi. Əməyin mühafizəsi insanları düşündürən ən mühüm məsələlərdən biridir. Hazırda da bu cür tədbirlər davam etdirilir”. S.Mehbalıyevin sözlərinə görə, iş yerlərində zamanında təhlükəsizlik qaydalarına riayət edilmədikdə bədbəxt hadisələr baş verir və bu hadisələr vətəndaşların narahatlığına səbəb olur. AHİK sədri yenidən sahibkarlara müraciət edərək bildirib ki, hər kəs iş yerlərində bədbəxt hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına riayət etməli, qabaqlayıcı tədbirlər həyata keçirməli, işçilər üçün normal iş şəraiti qurulmalıdır: “Azərbaycanda əməyin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlarda lazım olan konvensiyalara qoşulub və bunu qəbul edib. Bunun üçün AHİK-ə üzv olan bütün təşkilatlar və o cümlədən müvafiq dövlət qurumları maarifləndirmə tədbirlərini davam etdirir”. S.Mehbalıyev onu da əlavə edib ki, hazırda AHİK tərəfindən nə qədər bədbəxt hadisənin baş verməsi ilə bağlı statistika hazırlanır: “Eyni zamanda statistikada əsasən əmək qanununun pozulması, qeyri-qanuni işdən azad olunmalar, məhkəmə və ya digər vasitələrlə işə bərpa olunma təhlil olunub və bunun üçün toplantı keçiriləcək”. Səttar Mehbalıyev deyib ki, bu gün Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi isə 6%-ə endirilib. AHİK sədri qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişaf etməyə başlayıb: “Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə enerji sahəsində yeni addımlar atılıb. Ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsili, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşüb, minlərlə təhsil müəssisəsi işğalçılar tərəfindən dağıdılıb”. S.Mehbalıyev onu da əlavə edib ki, respublikamız inkişaf etdikcə, həmkarlar ittifaqları da inkişaf edir. Onun sözlərinə görə, bu gün AHİK 26 sahə həmkarlar ittifaqı, 18 610 həmkarlar qurumları ilə birgə fəaliyyət göstərir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
17.09.2018
Babək prospektində hərəkət hissəsi 16 metrə qədər genişləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info