YAP Binəqədi rayon təşkilatı səhiyyə işçiləri ilə görüşdü
Tarix: 27.09.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatında 9 oktyabr prezident seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda çalışan səhiyyə müəssisələrinin əməkdaşları ilə görüş keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, görüşün keçirilməsində məqsəd rayonda çalışan səhiyyə müəssisələrinin əməkdaşları ilə görüşmək və müzakirələr aparmaqdır. O qeyd etdi ki, prezident sekilərinə az bir müddət qalır və YAP Binəqədi rayon təşkilatı mütəmadi olaraq təbliğat-təşviqat xarakterli görüşləri keçirir. Öz çıxışında ölkədə həyata keçirilən islahatlara, əldə edilmiş uğurlara toxunan sədr bildridi ki, bu gün səhiyyənin, ümumilikdə isə elmin inkişafı qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Təsadüfi deyildir ki, elə bu məqsədlə də dövlət proqramları qəbul edilir. O qeyd etdi ki, bu gün enerji təhlükəsizliyi, iri nəqliyyat və səhiyyə layihələri reallaşdırılır ki, bütün bunlar da son nəticədə iqtisadiyyatın, elm, təhsil və səhiyyənin inkişafını sürətləndirir. Son on ildə böyük uğurların əldə olunduğunu bildirən Ramiz Göyüşov bu uğurların əsasının ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də cənab İlham Əliyevin rəhbərliyi altında həmin siyasətin uğurla həyata keçirildiyini bildirdi. Çıxışının sonunda Ramiz Göyüşov 9 oktyabr prezident seçkilərində fəal olmağa və YAP-ın namizədi İlham Əliyevə səs verməyə səslədi.
Sonra görüşdə çıxış edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Saləddin Məmmədov dünyanın müxtəlif regionlarında baş verən prosesləri misal gətirərək Azərbaycanda olan stabilliyin bir çox dövlətlər üçün nümunə olduğunu bildirdi.O qeyd etdi ki, aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsi inkişaf edir. Xarici ölkələrin ən qabaqcıl təhsil müəssisələrinə tələbələr göndərilir. Sonra o hər kəsi seçkidə İlham Əliyevə səs verməyə səslədi və bildirdi ki, gələcək inkişaf məhz İlham Əliyevin adı ilə bağlıdır.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov qeyd etdi ki, bu gün səhiyyənin inkişafı üçün sözün əsil mənasında böyük iş görülüb. Bu gün ölkənin hər yerində yeni səhiyyə obyektləri açılır. Bütün ölkə boyu böyük inkişafın getdiyini, cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın BMT-nin 10 qeyri-daimi üzvündən birinə çevrildiyini qeyd edən Eldar İbrahimov seçiciləri səsvermə günü vicdanlı seçim etməyə, son illərdə görülən işlərə obyektiv qiymət verməyə çağırdı. O bildirdi ki, prezident seçkilərində bizim devizimiz “İlhamla İrəli”-dir və biz inkişaf yolunda daima irəli gedəcəyik.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info