Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında
Tarix: 27.02.2020 | Saat: 12:27:00 | E-mail | Çapa göndər


Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminin “myGov” portalına interqasiyası reallaşdırılıb.
Artıq reklam yayıcıları açıq məkanda reklam yerləşdirmək üçün müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması və s.) “İcazələr” sistemi üzərindən asanlıqla həyata keçirə bilərlər. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki cəhətdən ərsəyə gətirilən sistem açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsinə xidmət edir.
İcazələr sistemi “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli №1743 Fərmanına əsasən yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabinetindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
“Qabaqlayıcı tədbirlər sahibkarlara böyük dəstək olacaq”
02.04.2020
“İnanıram ki, sahibkarlarımız dəstək proqramlarından səmərəli istifadə edəcəklər“
01.04.2020
Operativ tədbirlər iqtisadiyyatda inkişaf dinamikasının qarantıdır
01.04.2020
Tikinti ilə əlaqədar xidmətlərə görə dövlət büdcəsinə vəsait ödəniləcək
01.04.2020
G-20-nin ticarət nazirləri qlobal ticarət və sərmayələri müzakirə etdilər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info