“Romada keçirilən biznes forum biz iş adamları qarşısında geniş imkanlar açır”
Tarix: 27.02.2020 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


“Bu imkanlar həm etimaddır, həm də məsuliyyət. Biz iş adamları bu etimadı doğrultmağa, bu iqtisadi əlaqələrdən istifadə edərək respublikamızın iqtisadi gücünə güc qatmalı, insanlarımızın rifah halının yüksəlməsi istiqamətində çalışmalı, dövlətimizin xarici arenada daha güclü olmasına kömək etməliyik”

Bu günlərdə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bir sıra uğurları ilə yadda qalıb. Səfər çərçivəsində bir çox görüşlər və ən əhəmiyyətli tədbirlərdən biri də Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu oldu.
Forumda çıxış edən dövlətimizin başçısı iki ölkənin iş adamları arasında təşkil olunan biznes forumun mühüm əhəmiyyəti olduğunu bildirib: “Əminəm ki, forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaq”. İki ölkə arasında iqtisadi sahədə əlaqələrə gəldikdə isə ölkə başçısı bildirdi ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: “Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaq. Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Əminəm ki, gələcək əməkdaşlıq daha da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində də bir-birimizi dəstəkləməliyik. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır”.
Qeyd edək ki, Azərbaycan-İtaliya biznes forumunda bir sıra Azərbaycan iş adamları da iştirak edib. Forum iştirakçılarından biri də tanınmış iş adamı “Vəfa Collection” şirkətinin prezidenti, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri, ilk Azərbaycan brendi - “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu Vəfa Muradzadə olub. V. Muradzadə ölkə başçısının səfəri, eləcə də biznes-forumla bağlı təəssüratlarını “Palitra”ya bildirdi ki, Azərbaycan və İtaliya arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədədir. V.Muradzadə qeyd etdi ki, son bir neçə ildə İtaliyanın Prezidenti və Baş naziri Azərbaycana səfər ediblər: “Azərbaycanın Prezidenti və Birinci vitse-prezidenti dəfələrlə İtaliyada səfərdə olublar. Məhz bu əlaqələrin nəticəsidir ki, İtaliya Avropa İttifaqının digər ölkələr ilə müqayisədə Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya fevral ayının 19-da başlayan dövlət səfəri bu tərəfdaşlığın inkişafında yeni səhifə açır. Bu səfər çərçivəsində Romada Azərbaycan-İtaliya biznes forumu keçirildi. Bu biznes forumda iştirak edən iş adamları sırasında mən də vardım. Mənə göstərilən bu etimad, mənim üçün həm də böyük məsuliyyətdir. Biznes forumda ilk öncə ev sahiblərini təmsil edən İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo çıxış etdi. Azərbaycan və İtaliyanın qədim tarixini qeyd edən nazir, məşhur italyan səyyahı Marko Polonun öz əsərlərində Azərbaycan, Yanardağ haqqında danışmasını önə çəkdi. Bildirdi ki, Marko Polo hələ XIII əsrdə iş adamlarına, o vaxtın tacirlərinə Azərbaycan haqqında məlumat verib. İtaliya- Azərbaycan arasında böyük həcmli ticari tərəfdaşlığı rəqəmlərlə şərh edən nazir, bu əlaqələrin on ildən az müddətdə 70 faizə qədər artığını bildirdi, bunun daha da inkişaf etdirilməsi üçün İtaliyanın mümkün imkanları barədə danışdı”.
V.Muradzadənin sözlərinə görə, biznes forumda çıxışı zamanı Romada 25-dən çox sənədin imzalandığını qeyd edən Prezident İlham Əliyev bu sənədlərin bir çox sahələri əhatə etdiyini bildirib: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd edən respublikamızın Prezidenti bu sənədi ciddi siyasi sənəd, iki ölkənin gələcək ikitərəfli əməkdaşlığının əsas prioritetlərini müəyyən edən bir sənəd kimi xarakterizə etdi. Azərbaycan Respublikası Prezidentinin çıxışı əslində forumda müzakirə ediləcək müxtəlif istiqamətli məsələlərin qısa icmalı idi. Belə ki, Prezidentin öz çıxışında qeyd etdiyi kimi, bu səfərə kimi əsasən neft-qaz sahəsində inkişaf edən əlaqələr, bu səfərdən sonra şaxələnərək müxtəlif sahələri əhatə edəcək. Forumun gündəliyindəki məsələlər nəqliyyat, yerli neft-kimya sənayesi, komik sənaye, hərbi sənaye kompleksi, kənd təsərrüfatı, turizm, elektroenergetika, logistika, İKT, səhiyyə kimi müxtəlif sahələri əhatə edirdi. Bildiyiniz kimi hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır. Təhsil sahəsində də Romada sənədlər imzalanıb. Həmçinin 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Biznes forumdakı çıxışında Villa Borgeze parkında ucaldılan dahi Nizaminin abidəsindən danışan İlham Əliyev yaxın zamanlarda Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını da bildirdi”.
V.Muradzadə adıçəkilən forumun iş adamları üçün əhəmiyyətinə gəldikdə isə bildirdi ki, Romada keçirilən biznes forum ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir və biz iş adamları qarşısında geniş imkanlar açır: “Bu imkanlar həm etimaddır, həm də məsuliyyət. Biz iş adamları bu etimadı doğrultmağa, bu iqtisadi əlaqələrdən istifadə edərək respublikamızın iqtisadi gücünə güc qatmalı, insanlarımızın rifah halının yüksəlməsi istiqamətində çalışmalı, dövlətimizin xarici arenada daha güclü olmasına kömək etməliyik”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info