Qərbdə koronavirus
Tarix: 27.02.2020 | Saat: 22:23:00 | E-mail | Çapa göndər



Şimali Makedoniyada yeni növ koronavirus (Kovid-19) aşkarlandı.


Şimali Makedoniyada yeni növ koronavirus (Kovid-19) aşkarlandı.
Ölkənin Səhiyyə naziri Venko Filipçə bu barədə məlumat yayıb. O: “Dünən Yoluxucu Xəstəliklər Klinikasında müalicə altına alınan 1970-ci il təvəllüdlü bir qadında yeni növ koronavirus (Kovid-19) aşkarlandı. Bu Skopyedə qeydə alınan ilk hal hesab edilir. Xəstə şəxs karantin edildi. Çaşnaşma yaradılmama hər şey nəzarət altındadır”. Nazirin sözlərinə görə Virus aşkarlanan qadın 1 aydır İtaliyada idi”.
Danimarka və Estoniya da ilk koronavirus halları aşkarlanıb. Virusa yoluxan Danimarkalı, turist kimi getdiyi İtaliyadan qayıtdıqdan sonra xəstələnib.
Fransada virusa yoluxanların sayı 18-ə çatıb. Bu xəstələrdən 11-nin sağaldığı, 2-nin isə həyatını itirdiyi bildirilib.
İsveç İctimai Səhiyyə Təşkilatından yayılan açıqlamada bildirilib ki, dünən İtaliyanın şimalından qayıdan 30 yaşlı bir qadında Kovid-19 aşkarlanıb. Beləcə ölkədə virusa yoluxanların sayı 2-yə yüksəlib.
Finlandiyanın paytaxtı Helsinki də İtaliyadan qayıdan bir qadında koronavirus aşkarlanması ilə xəstə sayı 2-yə çatıb.
Xəstəliyə görə 14 nəfərin öldüyü İtaliyada 400-dən çox adamın virusa yoluxduğu bildirilib. Ölkənin Lombardiya Bölgəsindəki regional hökumətin başçısı Attilio Fontana yaxın iş yoldaşında yeni növ koronavirus aşkar edildiyi üçün özünü iki həftəliyinə karantinə saldığını bildirib.
ABŞ dövlət departamenti yeni koronavirus (Kovid-19) aşkarlanan İtaliyaya səyahət edən vətəndaşlarını tədbirli olmağa çağırıb.
Dövlət katibliyinin açıqlamasında qeyd edilib ki, İtaliya, səyahət edilərkən tədbirlər görülməsi vacib ölkər siyahısına salındı. Katibliyin Monqolustanla bağlı açıqlamasında isə epidemiya bu ölkəyə də yayılıb, vacib olmaması halında səyahətinizi tixirə salın deyə xəbərdarlıq verilib.
Nazirlik, həmçinin yeni koronavirus növlərinin (Kovid-19) göründüyü Cənubi Koreyaya səyahət edərkən vətəndaşları diqqətli olmaları barədə xəbərdarlıq edib.
ABŞ dövlət departamentinin xəbərdarlıq etdiyi digər bir ölkə isə Cənubi Koreya olub.
Britaniya mediası hökumətin bir hesabatına istinad etdiyi xəbərlərdə virüsün İngiltərədə yarım milyondan çox adamın ölümünə səbəb olabiləcəyi ehtimalına diqqət çəkilib.
“Covid-19 Reasonable Worst Case senarisi” başlığı ilə yayımlanan hesabatda epidemiyanın pandemiyaya çevrilməsi halında İngiltərədə nüfusun 80%-nin virusa yoluxacağı və ölkə ərazisində ən az 500 min adamın həyatını itirəcəyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Türkiyədə “Roketsan”ın hərbi zavodunda partlayış olub
07.04.2020
Fransa: COVID-19 virusu içməli su vasitəsilə yayıla bilərmi?
07.04.2020
Dünyada 286 877 nəfər koronavirusdan sağalıb
07.04.2020
Aprelin 14-dən Avstriya normal həyata qayıdır
07.04.2020
ABŞ Dövlət Departamentinin 3 əməkdaşı koronavirusun qurbanı olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info