Şǝrq ölkǝlǝri koronavirusla bağlı tǝdbirlǝri artırır
Tarix: 27.02.2020 | Saat: 22:26:00 | E-mail | Çapa göndər



İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir.


İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir.
İranda koronavirus epidemiyası sǝbǝbindǝn hǝlak olanların sayı 26, yoluxanların sayı isǝ 246 nǝfǝrǝ çatıb. Mǝlumatda qeyd olunub ki, sutka ǝrzindǝ dörd nǝfǝr dǝ virüs sǝbǝbindǝn hǝlak olub.
İran Mǝclisinin milli tǝhlükǝsizlik vǝ xarici siyasǝtlǝr üzrǝ rǝsmisi Mücteba Zünnerin vǝ vitse-prezident Masume İbtikarın da yeni növ koronavirusa yoluxduğu bildirilib.
Sǝudiyyǝ Әrǝbistanı yeni növ koronavirusla (Kovid-19) ǝlaqǝdar Umrǝ ziyarǝtlǝrinin müvǝqqǝti tǝxirǝ salındığını açıqlayıb. Xarici İşlǝr Nazirliyindǝn verilǝn açıqlamada bildirilib ki, koronavirus epidemiyası ilǝ ǝlaqǝdar Umrǝ ziyarǝtlǝri müvǝqqǝti olaraq tǝxirǝ salınıb.

Pakistanda da koronavirus epidemiyasına yoluxanların olduğu qeyd olunub. Ölkǝnin sǝhiyyǝ naziri Zǝfǝr Mirza şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ bununla bağlı açıqlama verib. O, ölkǝdǝ iki nǝfǝrin koronavirus epidemiyasına yoluxduğunu vǝ vǝziyyǝtlǝrinin stabil olduğunu vurğulayıb.

Küveytdǝ isǝ yeni növ koronavirus epidemiyası sǝbǝbindǝn mart ayının ilk iki hǝftǝsindǝ mǝktǝblǝrin fǝaliyyǝtinin dayandırılacağı açıqlanıb. Hökumǝt sözcüsü Tarık ǝl-Mezram jurnalistlǝrǝ verdiyi açıqlamada mart ayının ilk iki hǝftǝsindǝ mǝktǝblǝrin fǝaliyyǝtinin dayandırılacağını bildirib. Sǝhiyyǝ Nazirliyi dǝ ölkǝdǝ 43 nǝfǝrin virusa yoluxduğunu. Bu şǝxslǝrin İrandan gǝldiyi bildirilib.

Qeyd edǝk ki, Küveyt koronavirusla ǝlaqǝdar İrandakı 800 vǝtǝndaşını tǝxliyyǝ etmişdi.

Livanda isǝ koronavirusa yoluxanların sayı iki nǝfǝrǝ çatıb. Xǝstǝlǝrin vǝziyyǝtinin stabil olduğu bildirilib.

Digǝr tǝrǝfdǝn İordaniya Kraliyyǝt Hava Yolları İtaliyada 12 nǝfǝrin hǝlak olmasına sǝbǝb olan koronavirus sǝbǝbindǝn Oman-Roma aviareyslǝrini tǝxirǝ salıb. Bǝhreyn isǝ yeni növ koronavirusla ǝlaqǝdar İraq vǝ Livana olan büyün aviareyslǝrini lǝğv etdiyini açıqlayıb.

Bǝhreyn Sǝhiyyǝ Nazirliyi ölkǝdǝ koronavirusa yoluxanların sayının 26 nǝfǝrǝ yüksǝldiyini bildirmişdi.

İraqda da yeni növ koronavirusla ǝlaqǝdar mǝktǝblǝrin fǝaliyyǝti müvǝqqǝti olaraq dayandırılıb. Rǝsmilǝr virusun yayılmasının qarşısını almaq üçün ibtidai mǝktǝblǝr vǝ universitetlǝrin fǝaliyyǝtinin müvǝqqǝti dayandırıldığını açıqlayıb. İraqlıların Çin, Yaponiya, Cǝnubi Koreya, Tayland, Sinqapur, İtaliya, Küveyt vǝ Bǝhreynǝ getmǝlǝrinǝ qadağa qoyulub.

İraq Sǝhiyyǝ Nazirliyi Kǝrkükdǝ İrandan gǝlǝn dörd nǝfǝrdǝ koronavirus epidemiyasının aşkarlandığını açıqlamışdı. Nǝcǝf şǝhǝrindǝ koronavirusa yoluxan bir iranlı tǝlǝbǝnin ölkǝsinǝ göndǝrildiyi bildirilir.

Gürcüstanda da bir nǝfǝrdǝ koronavirus epidemiyası aşkar edilib.

Bu barǝdǝ Gürcüstanın ǝmǝk, sǝhiyyǝ vǝ sosial mǝsǝlǝlǝr üzrǝ naziri Ekaterine Tikaradze mǝlumat verib. O, hǝmin şǝxsin İrandan Azǝrbaycana daha sonra isǝ Gürcüstana daxil olduğunu deyib. Ekaterine Tikaradze sǝrhǝd-keçid mǝntǝqǝsindǝki mǝmurların da tibbi nǝzarǝtdǝn keçirilǝcǝyini deyib.

Yeni növ koronavirus Çindǝ 2 min 746, İranda 19, İtaliyada 14 vǝ Cǝnubi Koreyada 11 nǝfǝrin hǝyatına son qoyub.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Həkimdən koronavirusla mübarizədə dəyərli məsləhətlər!
27.03.2020
Süd verən analara koronavirusla bağlı müraciət
26.03.2020
Virusları məhv edən dərman bitkiləri - Dəmləyib içə bilərsiniz- VİDEO
25.03.2020
Yüksək təzyiqlə koronavirus arasında əlaqə aşkarlandı
25.03.2020
Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info