ABŞ-ın Maliyyə Departamenti 17 oktyabrda pulların qurtaracağını açıqlayıb
Tarix: 27.09.2013 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


ABŞ Maliyyə Departamenti Konqresə pulların qurtaracağı son tarixin 17 oktyabr olduğunu açıqlayıb. ” The New York Times” bildirib ki, əgər Konqres borcun maksimum məbləğini artırmasa , 17 oktyabrda Maliyyə Departamentinin əlində yalnız 30 milyard dollar qalacaq. Departamentin verdiyi açıqlamaya görə, bu da ABŞ-ı misli görünməmiş defolt həddinə çatdıra bilər. Qəzet yazır ki, Nümayəndələr Palatasının spikeri John Boehnerə ünvanlanmış məktubda maliyyə naziri Jacob Lew Konqresi borcun maksimal məbləğini artırmağa və defolt haqqında sualların qarşısını almağa çağırıb. Senatın Maliyyə Komitəsindəki respublikaçılar tələb ediblər ki, Ağ Ev daha geniş büdcə danışıqlarına başlasın və eyni zamanda borc limitinin gözlənilən artımını dəqiqləşdirsin . Maliyyə naziri öz məktubunda xəbərdarlıq edib ki, bir gün üçün çəkilən xərcin xalis miqdarı azı 60 milyard dollardır. Oktyabr ayının ortalarında xəzinədə məxaric mədaxildən çox ola bilər . Qəzet Maliyyə Nazirliyinin qısamüddətli veksel ödəmələrini ya dayandırmalı, ya da təxirə salmalı olacağından ehtiyat etdiyini məlumat verir. Bir çox maliyyə analitikləri bazarın kəskin reaksiyasından ehtiyat edirlər, çünki bunun nəticələrinin bütün dünya üçün müəyyən təsiri olacaq .

Elnarə




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info