Tələbələrin köçürülmə qaydaları dəyişir
Tarix: 27.09.2013 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


“Ümumtəhsil məktəblərində dərslik çatışmazlığı problemi yoxdur”. Bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. “Lakin bəzi məktəblərin, xüsusilə I sinif şagirdlərinin sayı ilə bağlı verdiyi proqnozlardakı uyğunsuzluqlarla və 6 yaşı dekabrın sonunadək tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbulu ilə əlaqədar, yuxarı siniflərdə isə yerdəyişmə və digər səbəblərdən dərsliklərin çatdırılmasında ləngimələr var və bunu nəzərə almaq lazımdır. Bu məsələ az müddətdə həllini tapacaqdır və nazirliyin nəzarətindədir. Nazirliyin sifarişi hesabına çap olunan dərsliklər məktəblərə verilir və kodlaşdırılır”.
Nazirlik eyni zamanda Gürcüstanda olan azərbaycandilli məktəblərdə dərsliklərin çatışmazlığı məsələsinə də aydınlqı gətirib. “2009-2010-cu tədris ilinədək hər il Gürcüstandakı azərbaycandilli məktəblər lazım olan bütün dərsliklərlə Təhsil Nazirliyi tərəfindən təmin olunub. Son 3 ildə bizdən asılı olmayan səbəblərdən Gürcüstana dərslik verilməsində problemlər yaranıb və bu iş dayanıb. Hökumətlərarası razılaşma əldə edildikdən sonra ayrı-ayrı siniflər üçün 28015 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri sənədləşdirilib və bu günlərdə ünvanına çatdırılacaq”.
Təhsil Nazirliyi eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi ilə bağlı yeni qaydaların ictimaiyyətə açıqlanacağını bildirib. Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən tələbələrin köçürülməsi ilə bağlı yeni qaydaların layihəsi hazırlanıb və hazırda müvafiq struktur bölmələrində geniş müzakirə olunur. Həmin layihə təsdiq edildikdən sonra onun əsas müddəaları geniş ictimaiyyətə çatdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info