“Aida” operası Opera və Balet Teatrında
Tarix: 28.02.2020 | Saat: 20:48:00 | E-mail | Çapa göndər



Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcək.
Opera tamaşasında Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək. Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.
Azərbaycan Respublikasının Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov tamaşada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.
Opera tamaşasını idarə etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç dəvət olunub.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info