Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Tarix: 29.02.2020 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə yüksək səviyyəli əməkdaşlıq, tarixi dostluq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açılıb. Qeyd olunub ki, bir millət, iki dövlət olaraq xarakterizə olunan Azərbaycan-Türkiyə respublikaları arasında münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Qardaş ölkələrin mədəniyyət sahəsi üzrə əməkdaşlığı da yüksək mərhələsini yaşayır.

Əbülfəs Qarayev qonaqları salamlayaraq, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Diqqətə çatdırıb ki, mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizin bir-birinə daha da yaxınlaşdırır. Bu birlik dünya müstəvisində də birgə addımlamağa kömək edir. Bu sahədə aparılan ən uğurlu işlərin nəticəsi kimi nazir UNESCO-nun müxtəlif siyahılarına birgə təqdim olunan nominasiyaları qeyd edib. Bildirib ki, bu əməkdaşlığın davamı olaraq növbəti illərdə də birgə nominasiya fayllarının hazırlanması nəzərdə tutulur. Nazir bu əməkdaşlığın təkcə UNESCO deyil, TÜRKSOY və İSESKO çərçivəsində də gücləndirilməsinin olduqca vacib olduğunu diqqətə çatdırıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş qəbula görə təşəkkürünü bildirib və tarixi əlaqələrə dayanan bu münasibətlərin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.

Sonda nazir müavini Sevda Məmmədəliyeva ilə Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzaladılar.

Qeyd olundu ki, bu sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Strateji Əməkdaşlıq sahəsindəki görüşlərinin məntiqi nəticəsi və mədəniyyət sahəsindəki əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib
26.03.2020
“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info