Qabil Hüseynli: “Hazırkı siyasi xəttin davam etdirilməsinə səs verəcəm”
Tarix: 27.09.2013 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Prezident seçkilərinə sayılı günlər qaldıqca müxalifət partiyalarından olan, xüsusilə də komanda şəklində seçkilərə qatılan “milli şura”nın namizədinin seçki platforması haqqında danışmaması onların seçkilərə hazır olmamalarından xəbər verir. Siyasilərin bu durumuna münasibət bildirən sabiq dövlət müşaviri, Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli prezident seçkilərində iştirak edən namizədləri təbliğat-təşviqat kampaniyalarında seçki konsepsiyalarının ortaya qoymamalarını təbii hal sayır. O, “Palitra”ya verdiyi açıqlamada
namizədlərin potensialına uyğun addım atdıqlarını bildirdi: “Qane edir desəm, sözlərimdə səmimi olmaram. Bu cür namizədlərin bu cür də çıxışları olacaqdı. Vəziyyətin belə olması təbii kimi görünür. Yalnız bir nəfərin çıxışları özünün peşəkarlığı ilə seçilir ki, o da Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovdur. Yəni, yerdə qalan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışlarında nala-mıxa döymə amilləri aydın nəzərə çarpır. Təəssüf ki, “milli şura”nın namizədinin çıxışları yalnız tənqid üzərində qurulub. Bəzi tənqidlər də faktoloji materiala söykənmədən edildiyindən dinləyicidə bu namizədə qarşı ciddi şübhələr doğurur. Müəyyən tənqidlərin siyasətçilərin debatlarında olması təbiidir. Amma bu tənqid obyektində göstərilən çatışmazlıqları necə aradan qaldıracaqsan, bunun üçün hansı konsepsiyanı təklif edirsən? Bütövlükdə isə hakimiyyətə iddialı olan adam bu debatlarda hakimiyyətə gələcəyi təqdirdə ölkənin bütün sahələrinin inkişafına dair konsepsiyaya malik olduğunu qısa formada da olsa anlatmağı bacarmalıdır. Amma bu görünmür”.
Qabil Hüseynli deyir ki, namizədlər ictimaiyyətin daha çox gözlədiyi məsələlərə toxunmurlar: “Əlbəttə, əgər məsələyə sırf vətənpərvərlik və Azərbaycan dövlətçiliyinin taleyi nöqteyi-nəzərindən yanaşsaq, məncə namizədlərin debatdakı çıxışlarında gündəmdə duran əsas məsələ Dağlıq Qarabağ problemi, Azərbaycana qarşı olan təzyiq və təhdidlər, bundan xilas olmağın yolları milli həmrəylik kimi məsələlər öndə gəlməlidir. Ondan sonra sosial məsələlər öz yerini tuta bilər. Yəni, əhalinin maddi rifah halının qaldırılması, ölkədə olan korrupsiya və digər neqativ halların aradan qaldırılması yollarına dair konseptual baxışlar öz yerini tutmalıdır. Amma mənim zənnimcə, bu gün Azərbaycanın bir nömrəli problemi ərazi bütövlüyü məsələsidir”.
Qabil Hüseynli bu seçkilərdə kimə səs verəcəyini də söylədi: “Status-kvonun davam etdirilməsinin tərəfdarıyam və Azərbaycanda olacaq hər hansı bir dəyişiklik və silkələnmə ölkədə xaosa da gətirə bilər və bizə dişini qıcamış bəzi dövlətlərin ölkənin iç işlərinə müdaxiləsinə də səbəb ola bilər. Ona görə də hələ ki, Azərbaycanda indiki status-kvonun saxlanması ölkənin milli maraqlarına xidmət edən amildir. Bu amili nəzərə alıb deyə bilərəm ki, dediyim məsələni əsas meyar tutan namizədə səs verəcəm. Qısası, ölkədəki indiki ictimai-siyasi vəziyyətin yaradılması məni qane etdiyinə görə yəqin ki, bu siyasi xəttin davam etdirilməsinə səs verəcəm”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info