Suraxanıda sahibkarlara 5 milyon manatdan çox güzəştli kreditlər verildi
Tarix: 27.09.2013 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda keçirilmiş tədbirdə 27 sahibkarlıq subyektinə 5 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.
Tədbirdə iştirak edən sahibkarlarla Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, müasir çörək zavodunun, quş kəsimi fabrikinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və digər metodik materiallar onlara təqdim edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhəri, şəhərətrafı kənd və qəsəbələrdə, o cümlədən Suraxanıda görülən işlər və rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 245 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 10 mindən çox iş yerinin yaradılmasına imkan verir. Diqqətə çatdırılıb ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiqindən ötən dövr ərzində fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 621 investisiya layihəsinin maliyyələşdirilməsinə 144,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 5000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilmiş metalkonstruksiya zavodunun fəaliyyətinə, Qaraçuxur qəsəbəsində transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edən zavodda və Binə qəsəbəsində qida sənayesi avadanlıqları və istixana konstruksiyaları istehsal edəcək zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”
21.02.2019
Azərbaycan şirkətləri ərəb ölkələrinə qazsız su və meyvə qurusu ixrac edəcək
21.02.2019
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21.02.2019
Nuran Kərimov: “Vergilər Nazirliyi prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir”
21.02.2019
FHN-də çoxmənzilli binaların sayı bir daha dəqiqləşdirilərək müayinəsi aparılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info