Sarayın arxasındakı park Hüseyn Cavid bağına qədər uzadıla bilər
Tarix: 27.09.2013 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“Bakı ilə bağlı gələcək planlardan biri də şəhərdə geniş yaşıllığın salınmasıdır”. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, bu tədbirlər Böyük Bakının Regional İnkişaf Planında da əsas istiqamətlərdən biri kimi götürülüb. Bakının yaşıllaşdırılmasının hələ sovet dövründə planlaşdırıldığını xatırladan C.Qocayev deyib ki, həmin vaxt Dəniz Vağzalından Hüseyn Cavid bağına qədər yaşıllıqdan ibarət xiyabanın, yaşıl parkların salınması düşünülürdü: “Lakin müstəqillik dövründə ancaq indiki Heydər Əliyev Sarayının qarşısında park salındı. Təzəlikcə də “Qış bulvarı” kimi tanınan park açıldı. Çünki qış vaxtı dəniz kənarında gəzmək olduqca soyuqdur. Lakin gələcəkdə bu parkın da uzadılması nəzərdə tutulub. Bu park Hüseyn Cavid bağına qədər gedib çıxa bilər. Bağın ora qədər salınması isə həmin ərazidə elmi mərkəzlərin olması ilə əlaqədardır. Məsələn, Milli Elmlər Akademiyası, bir sıra ali məktəblər, bir sözlə, elmlə məşğul olan insanların bu cür bağlarda, xiyabanda gəzməsinə böyük ehtiyacı var”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info