Cəmil Həsənli seçiciləri daha çox vergi ilə yükləyəcəyini vəd edir
Tarix: 27.09.2013 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Milli şura”nın namizədinin seçki vədləri anormal və düşünülməmiş olduğundan onu ifşa edir

“Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənli nəhayət ki, seçki platformasını açıqlamaq qərarına gəlib. Platformanın iqtisadi islahatlar blokunda bildirilir ki, sosial vergilər işçilərin və sahibkarlarınmaraqlarını balanslaşdırmaq prinsipini nəzərə almaqla müəyyənləşəcək və 18 faizdən yuxarı olmayacaq. 2015-ci ildən ölkədə minimum əməkhaqqı səviyyəsi 172 manat təyin ediləcək. 2016-cı ildə 215 manata, 2017-ci ildə 268 manata, 2018-ci ildən isə 335 manata çatdırılacaq.
Siyasi məsələlərdə sərsəm iddia və fikirlər səsləndirdiyi kimi, Cəmil Həsənli sosial məsələlərdə də səmimi görünmədi.
Hazırda sosial vergilər əməkhaqqı fondunun 22 faizini təşkil edir. Onun 3 faizini işçi, 19 faizini isə işəgötürən ödəyir. Cəmil Həsənlinin sosial vergiləri 18 faizə endirməsi, işçi ilə işəgötürənin maraqlarını balanslaşdırması o deməkdir ki, əhalinin əməkhaqqı alan hissəsi, yəni seçicilərin 90 faizi daha çox vergi ödəyəcəklər. Onların gəlirləri hiss olunacaq dərəcədə azalacaq. Əgər C.Həsənlinin dediyi kimi, 18 faiz tərəflər arasında yenidən bölünərsə, ən yaxşı halda işçilər maaşlarından 9 faiz sosial vergi verməli olacaqlar. Lakin müxalifətə yaxın iqtisadçıların indiyə qədər səsləndirdikləri təkliflərdə mövcud proporsiyanın əks istiqamətdə, yəni işəgötürənin xeyrinə dəyişdirilməsi nəzərdə tutulurdu. Deməli, C.Həsənli işçilərin sosial vergi yükünü 15 faizə qaldıracaq. Bunun üstünə 14 faizlik gəlir vergisini də gəlsək, gərək hər işçi maaşının 29 faizi qədər vergi versin. Xalqın qayğısına qalmaq məgər belə olur?
C.Həsənli 2018-ci ilə qədər olan dövrdə minimum əməkhaqqını qaldıracağını bildirir. Deyəsən, bu adam 2 illiyə, yəni 2015-ci ilə qədər prezident olacağı və bir daha namizədliyini irəli sürməyəcəyi barədə öhdəliyini unudub.
Bir daha bəlli olur ki, seçkilərə “necə gəldi” prinsipi ilə qatılan radikallar namizədlərini bu prosesə nəinki hazırlamayıblar, heç özləri də seçki konsepsiyası təbliğatı və s. haqqında düşünməyiblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info