İstedadlı ifaçı Milli Dram Teatrının səhnəsində maralı konsert proqramı təqdim edib
Tarix: 02.03.2020 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Milli Konservatoriyanın məzunu, istedadlı ifaçı Cavahir Abdulova bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Vətən” adlı solo konsert proqramı ilə çıxış edib. “Palitranews.az” xəbər verir ki, tamaşaçılar ilk olaraq Cavahir Abdulovanın ifasında Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını dinləyiblər. O, elə ilk dəqiqələrdən hamının diqqətini özünə cəlb etməyi bacarıb. Gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət ilə çoxlarının sevgisini qazanmış Cavahir Abdulova ənənəsinə sadiq qalaraq bu dəfə də ən sevilən mahnıları səsləndirib. Ürəyəyatımlı, məlahətli səsi ilə könülləri oxşayan ifaçı nəyinki tamaşaçıları əla almağı bacarıb, həm də onlara ən yaddaqalan bir konsert proqramı bəxş edib. Ömrünün 20 ilini “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına bağlayan Cavahir Abdulovanın repertuarında xalq və bəstəkar mahnıları hər zaman yeni çalarlarla, özünəməxsus formada təqdim olunur. Gecədə ifaçını təbrik edən tanınmış yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova Cavahir Abdulovanın sənət uğurlarından söz açıb, ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb. Canlı ifaları ilə hamının zövqünü oxşayan C. Abdulovanı tamaşaçılar səhnədən alqışlarla yola salıblar.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında
08.04.2020
Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub
08.04.2020
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
08.04.2020
“İçərişəhər” DTMQ İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info