Neft Fondunun qızıl ehtiyatı gələn il 40 tona çatdırılacaq
Tarix: 27.09.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Bu günədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 26 ton təşkil edir”.
Bu sözləri ARDNF-in icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə müsahibəsində deyib.

Ş.Mövsümov qeyd edib ki, Dövlət Neft Fondu bu ilin sonunadək qızıl ehtiyatını 30 tona çatdıracaq. Həmin qızılın bir hissəsi yaxın vaxtlarda ölkəyə gətiriləcək.
İcraçı direktor vurğulayıb ki, gələn il isə daha 10 ton qızıl alınaraq Azərbaycanın ümumilikdə qızıl ehtiyatı 40 ton təşkil edəcək. Şahmar Mövsümov bildirib ki, hazırda Neft Fondu tərəfindən Türkiyədə inşa olunacaq “Star” neft-kimya kompleksinin və Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi layihələri maliyyələşdirilir. İcraçı direktor vurğulayıb ki, Neft Fondu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni “Neft-qaz emalı və neft-kimya kompleksi” layihəsinin və “Şahdəniz” yatağından hasil olunacaq qazın Avropaya ixrac ediləcəyi Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsini də həyata keçirəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info