Moldova Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını istəyir
Tarix: 28.09.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Moldovanın baş naziri Yuri Lyanke Rusiya qoşunlarını Dnestryanıdan tamamilə çıxarmağa çağırıb. Bunu Moldovanın baş naziri BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bəyan edib.
“Biz təhlükəsizlik zonasında hüquq-mühafizə orqanlarının təmaslarını fəallaşdırmağa, sabitliyin qorunmasına və bölgədəki sülhməramlı qüvvələrin beynəlxalq missiya ilə əvəzlənməsinə çalışırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq Rusiya silahlı qüvvələrinin və silah-sursatlarının çıxarılmasını sona çatdırmağa çağırırıq”- deyə Moldovanın baş naziri qeyd edib. Yuri Lyanke Kişinyovun ölkənin suverenliyini lazımi səviyyədə təmin edəcək kompromisə hazır olduğunu qeyd edib. Yuri Lyanke çıxışının böyük hissəsini Moldova-AB münasibətlərinə və ölkəsinin avrointeqrasiya məsələlərinə həsr edib. Onun sözlərinə görə, ölkədəki islahatlar avrointeqrasiyaya hesablanaraq həyata keçirilir və hazırda ən aktual məsələ Avropa Birliyi ilə noyabrda imzalanacaq azad ticarət haqqında razılaşmanın üzərində lazımi işlərin aparılmasıdır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info