“Gürcüstanın NATO və Avropa Birliyinə üzv olması mümkün deyil”
Tarix: 28.09.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Gürcüstanın yaxın gələcəkdə NATO və Avropa Birliyinə üzv qəbul edilməsi ehtimalı azdır”. Bunu Gürcüstan prezidentliyinə namizəd, “Demokratik Hərəkat-Azad Gürcüstan” Partiyasının lideri, parlamentin sabiq sədri Nino Burcanadze “Thomson Reuters Foundation” və “The Stanley Foundation” tərəfindən Tiflisdə ekspertlər və jurnalistlər üçün təşkil edilən qlobal təhlükəsizlik seminarında çıxışında deyib.

N.Burcanadze bildirib ki, Gürcüstanın AB-yə üzvlüyü ideal olardı, lakin yaxın gələcəkdə bu, mümkün deyil: Hələlik AB “Şərq tərəfdaşlığı” ölkələri ilə yalnız assosiasiya sazişi üzrə danışıqlar aparır. NATO-ya üzvlük isə hazırda illüziyadan başqa bir şey deyil. Alyansa üzv olmaqdan öncə ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır”.
2008-ci ildə Rusiya ilə baş vermiş müharibədə M. Saakaşvilinin roluna toxunan N. Burcanadze hesab edir ki, mövcud prezident siyasətdən getməlidir: “Onun Gürcüstan tarixinə düşmək üçün unikal şansı vardı, lakin bu şansı əldən verdi”. Keçmiş parlament sədri Rusiya ilə dialoqu istisna etmədiyini söyləyib. O qeyd edib ki, gürcülərin tarixən osetin və abxazlarla problemi olmayıb: “Mən prezident seçilsəm, açıq dialoq aparacağam. Mən görürəm ki, insanlar dialoq istəyir və aralarındakı süni sərhədlərin götürülməsinə can atır”.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info