“Könüllülük fəaliyyəti gənclərimiz üçün bir çox məsələlərdə üstünlük deməkdir”
Tarix: 03.03.2020 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Zəhra Rəhimova: “Könüllülük fəaliyyətinin bir çox müsbət tərəfləri var ki, bunlardan biri də gənclərin yeni insanlarla tanış olması, yeni dostlar tapmasıdır”


Könüllülər rubrikamızın budəfəki qonağı Azərbaycan Texniki Universitetinin(AzTU) tələbəsi Zəhra Rəhimovadır. Zəhra ictimai işlərə daim maraq göstərən aktiv tələbə olmaqla yanaşı könüllük fəaliyyətinə də öz töhfəsini verir. Bu maraqlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:

- Özünüz barədə məlumat verərdiniz. AzTU-da tədris və təhsilin səviyyəsi sizi qane edirmi?

- Mən, Rəhimova Zəhra Şükür qızı 7 dekabr 2000-ci ildə anadan olmuşam. 2019-cu ildə Sumqayıt şəhərində yerləşən Zəngilan rayon 23 saylı tam orta məktəbi bitirmişəm və həmin il Azərbaycan Texniki Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində ali təhsilimə başladım. Universitetə olan marağıma, buradakı təhsilin səviyyəsinə gəldikdə isə əslində, AzTU-ya daxil olmağa özüm qərar verməmişəm. Universiteti hazırlığa getdiyim kursun müdir müavini seçdi. Amma indi burada, bu gözəl ali təhsil ocağında olduğum üçün çox xoşbəxtəm, müəllimlərimiz, təhsil və tədrisin səviyyəsi isə məni qədər qane edir. Yəni, düşünmürəm ki, tək mən buradakı ab-havadan, təhsildən razıyam. Sorğu keçirilsə universitetimizin tələbə ordusu AzTU-nu bəyənib razılıq edər. Bilirsiniz ki, AzTU ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri sayılır. Universitetimiz haqqında çox danışmaq olar, düşünürəm ki, ikinci, üçüncü kurslarda, eləcə də son kursda oxuduğum müddətdə də çalışacağam ki, öz təhsilim, ictimai işlərdəki aktivliyimlə AzTU-ya töhfə verə bilim.

“2020-ci ilin Azərbaycanda “Könüllülər ili” kimi qeyd edilməsi haqqında qərar gənclər tərəfindən müsbət qarşılandı, ümumilikdə bunu könüllülərə, gənclərə dövlət dəstəyinin sübutu kimi qiymətləndirmək olar”

- Bildiyiniz kimi bir müddət öncə dövlət başçısı 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzaladı və bu il sizin iliniz sayılır. Bu, yeni ilin məhz gənclərin ili olacağına növbəti mesaj idi. Bir könüllü kimi fəaliyyətinizdən də söz açardınız. Könüllülük sizin üçün nə deməkdir?

- Doğrudan da Prezidentin biz gənclərə, könüllülərə belə dəyər verməsi, 2020-ci ilin məhz bizim il elan etməsi təqdirəlayiqdir. 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” kimi qeyd edilməsi haqqında qərar gənclər tərəfindən müsbət qarşılandı, ümumilikdə bunu könüllülərə, gənclərə dövlət dəstəyinin sübutu kimi qiymətləndirmək olar. Könüllülük mənə görə heç bir qarşılıq ummadan bir şey etmək, birinə nələrisə öyrətmək, həm də özünün çox şey öyrənməsi, qazanması deməkdir. Könüllülük fəaliyyətinin bir çox müsbət tərəfləri var ki, bunlardan biri də gənclərin yeni insanlarla tanış olması, yeni dostlar tapmasıdır. Bir maraqlı məqamı, statistikanı sizə xatırladım ki, bununla da könüllük fəaliyyətinin gənclərimiz, ümumilikdə cəmiyyətimiz üçün nə demək olduğunu bir daha təsəvvür edə bilək. "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. 2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərinin II Həmrəylik Forumu keçirildi. 30 minə yaxın gənc müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edildi. Yəni, bütün bunlar o deməkdir ki, hazırda könüllülərsiz mötəbər tədbirləri və bir çox dövlət qurumlarının uğurlu operativ fəaliyyətini təsəvvür etmək çətindir.

- 30 minə yaxın gəncin müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edildiyini xatırlatdınız. Ümumiyyətlə ictimai xidmətlər sektorunda könüllülərin ilbəil artmasını necə dəyərləndirirsiniz?

- Könüllü gənclərin ilbəil artması, könüllülük fəaliyyətinə olan marağın daha da çoxalması müsbət haldır. Bu gənclərimiz üçün bir çox məsələlərdə üstünlük qazanması deməkdir. Gənclər könüllülük sayəsində xeyli təcrübə əldə edirlər, könüllülərin CV özəllikləri də artır. Bundan başqa ictimai işlərdə aktiv olan gənclər kollektivlə işləməyi öyrənir ki, bu da bir tərəfdən gələcəkdə hər hansı bir işə daxil olarkən onların işə hazır olmasına köməklik göstərir.

- Könüllülükdən başqa digər ictimai işlərdə necə, aktivsinizmi?

- Bacardığım qədər ictimai işlərdə aktiv olmağa çalışıram. Dərslərimə hazırlaşarkən həm də boş vaxtlarımı səmərəli keçirir, ictimai işlərdə də aktiv oluram.

- Bəzən gənclərimizi asudə vaxtlarını səmərəli keçirməməkdə qınayırlar. Bir aktiv gənc kimi Azərbaycan gənclərinin hazırkı durumu, təhsilə maraq, asudə vaxtlarının təşkilini necə qiymətləndirirsiniz?

- Əslində ümumi duruma baxanda qənaətbəxş saymaq olar. Amma çox heyf ki, hələ də asudə vaxtlarını səmərəli keçirməyən gənclərimiz var. Gənclərin dərslərində, təhsildə uğurlu olması ilə bərabər boş vaxtlarında əylənmələri üçün kifayət qədər şərait də var. Düşünürəm ki, nəinki indiki gənclik, gələcəkdə də gənclərimiz yaradılan bu şəraitdən uğurla yararlanacaq. Bizim ölkədə təhsildə, idmanda ümumiyyətlə bütün sahələrdə ciddi uğur qazanan və nümunə olan xeyli sayda gəncimiz var. Bir ölkə öz gəncliyinin üzərində qurulur, gələcəyini qurur. İqtisadiyyat ölkənin gücüdürsə, gənclik onun gələcəyə olan qarantiyasıdır. Təhsilli, potensiallı gəncləri çox olan ölkənin uğurlu gələcəyə ümidi böyük olur. Azərbaycan gəncliyi də təhsilli gənclərlə zəngindir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
14.10.2020
Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
14.10.2020
Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
09.10.2020
Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb
09.10.2020
“Ayrı-ayrı bölgələrdə fəal sakinləri ekoturizmin internetdə təbliğinə cəlb etmək lazımdır”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info