YAP Binəqədi rayon təşkilatında “Bu günüm və sabahım” mövzusunda tədbir keçirildi
Tarix: 28.09.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatında qarşıdan gələn 9 oktyabr prezident seçkilərində rayon ərazisində ilk dəfə səs verəcək bir qrup gənclə “Bu günüm və sabahım” mövzusunda görüş keçirildi.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, millət vəkilləri Rafael Cəbrayılov, Fuad Muradov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Gənclər və İdman Nazirliyi nəzdində İctimai Şuranın üzvü Nurəddin Mehdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova və digər qonaqlar iştirak etdilər. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Qüdsi Bayramov keçirilən tədbirin əlamətdar olduğunu qeyd etdi. O ölkədə aparılan gənclər siyasətindən danışdı və bu siyasətin uğurla davam etdiyini bildirdi. Çıxışında Binəqədi rayonunda gənclərin inkişafı üçün ən müxtəlif imkanların yaradıldığını bildirən Qüdsi Bayramov rayon ərazisində 72943 gəncin yaşadığını qeyd etdi. Tədbirdə “Azərbaycanda dövlət qulluğu və idarəetmədə gənclərin rolu” mövzusuda çıxış edən YAP Binəqədi tayon təşkilatının əməkdaşı Jalə Tofiqqızı bildirdi ki bu gün gənclik 90-cı illərin gəncliyi deyil. Bu gün gənclər daha çevik, daha praqmatikdirlər.Çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasətini qeyd edən Jalə Tofiqqızı tədbirdə iştirak edən şəxsləri seçkidə İlham Əliyevə səs verməyə səslədi. Sonra tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ilk dəfə səs verəcək gəncləri salamladı və onları bu konstitusion hüququn əldə edilməsi münasibətilə təbrik etdi. O gənclər siyasətindən danışdı və ulu öndərin hakimiyyətə gəlməsindən sonra bu sahədə böyük bir dirçəlişin baş verdiyini qeyd etdi. O bildirdi ki, ulu öndər gəncləri düzgün yola istiqamətləndirdi və məhz bunun nəticəsində milli ideologiyanın ətrafında formalaşan gənclər ordusu yarandı. O bildirdi ki, bu gün gənclər əldə edilmiş tərəqqinin əsasıdırlar və son on ildə Azərbaycanda gənclər siyasəti dövrün, zamanın tələbinə uyğun icra olunur: “Bildiyiniz kimi Azərbaycanda gənclərin hər bir sahədə inkişafı üçün şərait yaradılıb. Bu gün gənclər həm xaricdə təhsil alır, həm də Prezidentin sərəncamı ilə yaradılmış universitetlərdə xaricə getmədən ən yükəsk səviyyədə təhsil alırlar”. O bildirdi ki, bütün bu işlərin nəticəsində böyük intellektual potensial formalaşır. Sonra o hər kəsi seçkidə iştiraka və aparılan düzgün siyasətə səs verməyə səslədi. Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov son on ildə əldə edilmiş uğurlardan danışdı və bildridi ki, gənclər artıq öz seçimlərini edib və bu seçimi seçki günü ifadə edəcəklər. Sonra o hər kəsi 9 oktyabr prezident seçkilərində iştiraka və hər bir addımda ölkəni düşünməyə çağırdı. Gənclər və İdman Nazirliyi nəzdində İctimai Şuranın üzvü Nurəddin Mehdiyev öz çıxışında Azərbaycanın son on ildə inkişaf etdiyini, iqtisadiyyatda qeyri-neft sektorunun payının artdığını bildirdi və qeyd etdi ki, bütün bunlar gələcəyə böyük bir hazırlıqdır. Bu gün gəncliyin inkişafi üçün müxtəlif normativ hüquqi aktlar qəbul edilir və dövlətin məqsədi sağlam bir gənclik formalaşdırmaqdır. O bildirdi ki, Azərbaycan unikal bir ölkədir və burada gənclər ictimai cəhətdən çox fəaldırlar və bunun da əsası ümummilli lider tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda o qeyd etdi ki, 9 oktyabr prezident seçkilərində iştirak etməklə gənclər öz gələcəklərinə səs verəcəklər. Sonra tədbirdə çıxış edən millət vəkili Rafael Cəbrayılov bildirdi ki, gəncliyin varlığı Azərbaycanın dostlarını sevindirir, Azərbaycanı istəməyənlərin isə qısqanclığına səbəb olur: “Azərbaycan xalqı gəncliyin simasında böyük milli sərvətə malikdir.Mən bu gün sizi seçmək hüququ əldə etməyiniz münasibətilə təbrik edirəm”. Azərbaycan gənclər siyasəti və təhsil sahəsində qazanılan uğurları qeyd edən millət vəkili bu gün bu sahənin inkişaf etdiyini bildirdi. O qeyd etdi ki gənclik heç şübhəsiz ki, seçki günü dövlətçilik mövqeyində dayanacaq. O bildridi ki, hər kəs seçki günü bülletini götürüb pərdənin arxasına keçəndə vicdanlı seçim etməlidir. Gənclər əməli işlə absurd vədləri ayırmalı və əməli işlərə səs verməlidirlər. Sonra o gəncləri Prezident İlham Əliyevə səs verməyə çağırdı və bildirdi ki, bu seçim Aərbaycanın növbəti 5 ildə də inkişafının qarant olacaq.
Millət vəkili Fuad Muradov çıxışında qeyd etdi ki, qarşıdan mühüm siyasi hadisə olan prezident seçkiləri gəlir. O keçmişə qısa ekskurs edərək 90-cı illərin əvvəllərində Azərbaycan xalqının tarixi seçim etdiyini və ümummilli lider Heydər Əliyevin Azərbaycanı xilas etməsindən danışdı. O qeyd etdi ki, bu gün ölkəmiz müstəqil daxili və xarici siyasət aparır: “Bu gün Azərbaycan Prezidentin qəbul etdiyi dövlət proqramları sayəsində inkişaf edir”. Çıxışında xarici siyasətdən danışan millət vəkili Azərbaycanın Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm rolunu qeyd etdi. Hər kəsi seçkiyə dəvət edən Fuad Muradov 9 oktyabrda gəncləri inkişafa və stabilliyə səs verməyə çağırdı. Tədbirdə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova qeyd etdi ki, bu gün gənclər siyasəti doğurdan da düzgün istiqamətdə aparılır. O Avropada və Azərbaycanda gənclər siyasətini müqayisə edərək qeyd etdi ki, Avropanın bir çox ölkələrində Azərbaycanda aparılan gənclər siyasəti bəyənilir. Sonra o qarşıdan gələn prezident seçkilərinə iştirak edəcəkərini və göstərilən etimadı doğruldacaqlarını bildirdi. YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov cıxış edərək bildirdi ki, bu gün hər birimiz müstəqil Azərbaycanın vətəndaşlarıyıq və 9 oktyabrda biz yenidən səs verəcəyik. O aparılan islahatları qeyd edərək elmin, təhsilin inkişafından Azərbaycan gənclərinin xaricdə təhsil almasından danışdı. Çıxışında gəncliyi seçkidə iştiraka səsləyən Ramin Məmmədov hər kəsi cənab İlham Əliyevə səs verməyə çağırdı. Sonra tədbirdə cıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ilk dəfə səs verəcək gəncləri salamladı və hər kəsi seçkilərdə aktiv olmağa, Prezident İlham Əliyev tərəfindən aparılan siyasətə səs verməyə çağırdı. O əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən danışdı və bu gün həmin siyasətin uğurla aparıldığını qeyd etdi. O bildirdi ki, bu gün Azərbaycan gəncliyi ölkəmizi xaricdə layiqincə təmsil edir və gənclər bütün sahələrdə uğurlara imza atır. Azərbaycanın uğurlarını qeyd edən sədr bunun əsasında düşünülmüş siyasətin dayandığını və bu siyasətin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirdi. Sonra tədbirdə ilk dəfə səsverəcək gənclərə hədiyyələr təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info