Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərində olub
Tarix: 28.09.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə gedib. Fondun vitse-prezidenti kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb, onların əl işlərindən ibarət sərgiyə baxıb.
Leyla xanım Əliyevaya məlumat verilib ki, burada 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə 1 nömrəli uşaq evinin balaca sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər. Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Leyla xanım Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə gedib. Leyla xanım Əliyevaya məlumat verilib ki, burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak ediblər. Leyla xanım Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evində də olub. Leyla xanım Əliyeva uşaq evinin sakinləri ilə görüşüb, onlarla söhbət edib, yaşayış şəraiti ilə maraqlanıb. Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa edib. Sonra uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub. Leyla xanım Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində də olub. Leyla xanım Əliyeva xüsusi məktəb üçün tikiləcək yeni korpusun layihəsinə baxıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan bu məktəb əsasən aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqların təhsil alması üçün nəzərdə tutulub. Məlumat verilib ki, layihəyə əsasən məktəb üçün 420 şagird yerlik 7 mərtəbəli yeni korpus tikiləcək. Leyla xanım Əliyeva xüsusi məktəbin xarici dil və vətənpərvərlik kabinetlərində oldu, burada təhsil alan uşaqlarla görüşüb. Daha sonra Leyla xanım Əliyeva məktəbin xorunun ifasında “Sərhədçilər” mahnısını dinləyib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info