İstiqlalçı deputatlar İlham Əliyevi dəstəklədilər
Tarix: 30.09.2013 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycan parlamentinin keçmiş deputatlarının forumu keçirilib. Forumun müraciətinin qısa məzmunu isə belə olub- “İlham Əliyevin bu seçkilərdə alternativi yoxdur”. Maraq üçün bildirək ki, həmin deputatlar “Müstəqillik Aktı” adlı tarixi sənədin müəllifləridir. “Palitra” xəbər verir ki, istiqlalçı deputatların həmin müraciəti kifayət qədər maraqlı keçən diskussiyalardan sonra qəbul olunub.
Müraciət oktyabrın 9-da - prezident seçkiləri günü səsvermə məntəqələrinə gedib prezidentliyə 10 namizəddən birinə səs verəcək vətəndaşlara ünvanlanıb. “Azərbaycandakı bu seçkilərin demokratikliyi özünü hər şeydən əvvəl prezidentliyə 10 namizədin, yəni xeyli alternativlərin olması faktının timsalında göstərir. Bu, artıq başqa məsələdir ki, nə müxalifət, nə də ictimai təşkilatlar öz sıralarından rəqib liderlərin namizədliyini alternativ kimi irəli sürə bilmədilər” - deyə Azərbaycan Milli Məclisinin 1990-1995-ci illərdəki üzvlərinin Daimi Yığıncağının sənədində deyilir.
Sabiq istiqlalçı deputatlar bəyan ediblər ki, ölkədə siyasi fəaliyyətlə məşğul olan hər kəs siyasi tolerantlığı Qərb demokratiyasından öyrənməlidir: “Qərbdən öyrənmək lazımdır, daha bütün dünyaya SOS siqnalı verib qışqıra-qışqıra kömək istəmək yox”.
Deputatların nümayəndəli orqanı olan və Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində yaradılan Daimi Yığıncağın üzvləri bəyan ediblər ki, hazırkı prezidentliyə namizədlərin çoxu indi sosial-demokrat və ya milli-demokrat cildində çıxış etsə də, onlar geniş xalq hərəkatının qalıqlarıdır: “Bunlar bir ovuc marginallardır. Marginal ifadəsi də indi ölkənin siyasi məkanını müxtəlif şüarlar altında doldurmuş ənənəvi müxalifət liderləri haqda işlənən ən kəskin ifadə deyil”.
Müstəqillik Aktının müəllifləri müraciətlərində onları daha çox hiddətləndirən məqama da toxunublar: “Siyasi partiya liderləri ən məsuliyyətli siyasi kampaniyanın gedişində ikili davranış göstərdilər. Mitinq demaqogiyasını özlərinin peşəsinə, cırtdan partiyalarını isə biznes obyektlərinə çevirən bu insanların əsas siyasi mübarizə aləti qarşılıqlı təhqirlərdir. Bu insanların siyasi davranış mədəniyyəti də çox aşağı səviyyədədir”.
Müraciət müəllifləri müxalifətin siyasi gücünün və imkanlarının çox aşağı səviyyədə olmasına diqqət çəkərək vətəndaşları düzgün seçim etməyə çağırırlar. Onlar müraciətlərinin sonunda Prezident İlham Əliyevə alternativ görmədiklərini bir daha vurğulayıblar. Qeyd edək ki, 1990-1995-ci illərdə parlamentin üzvü olmuş 349 deputatın yarısı hazırda sağdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info