«Kaspersky»: Kiberhücum uşaqların real həyatına ciddi təsir göstərir
Tarix: 06.03.2020 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


“Kaspersky” şirkəti “Dərs Evi” təhsil mərkəzində uşaqlar və valideynləri üçün təhlükəsiz internet mövzusunda seminar keçirib. Seminarda məruzəçi qismində “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov çıxış etdi.
Seminarda məruzəçi valideynlərin uşaqlarda qadjet vərdişlərini necə inkişaf etdirdiklərini və erkən yaşlarda elektron cihazlardan həddindən artıq istifadənin neqativ nəticələrindən danışdı. O, həmçinin qeyd edib ki, hər valideyn uşağı ilə internet məkanda olan mümkün təhlükələr barədə söhbətlər aparmır.
“Uşağı zərərli məzmundan və digər onlayn təhlükələrdən qorumaq üçün valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı və şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalıdırlar. Uşaqların əksəriyyəti məktəbə getdikdə şəxsi gadjetə sahib olurlar və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir. Azərbaycanda 7-10 yaş arası uşaqların təxminən 30% -nin smartfon və ya planşeti var, yeniyetmələr arasında isə (11-14 yaş) isə bu göstərici 67% -ə çatır”, - Müşviq Məmmədov dedi.
Şirkətin Azərbaycandakı nümayəndəsi seminar iştirakçılarına həmçinin kiberhücum təhlükəsi barədə də məlumat verdi, qeyd etdi ki, internetdəki təhdidlər real həyatda da ciddi təhlükəyə çevrilə bilər. Bundan başqa, seminar iştirakçılarına bir çox aktual kiber təhdidləri tanıyan və bloklayan, yersiz məzmunu süzgəcdən keçirən və potensial təhlükəli onlayn təmasların qarşısını alan “Kaspersky Safe Kids” həlli barədə məlumat təqdim edildi.
“Bu həll vasitəsilə valideynlər uşağın sosial şəbəkədə dərc etdiyi məlumatlardan və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola bilər, real vaxt rejimində uşağın yerini də öyrənə bilərlər. Bütün bu funksiyalar yalnız uşağın şəbəkəyə qoşulduğu halda aktiv olur. Uşaqlar cihazlarında şəbəkəni söndürdüyü zaman, valideyn bu barədə məlumat alır”, - bunu M.Məmmədov dedi.
“Kaspersky” şirkətinin təşkil etdiyi seminar interaktiv formatda keçirildi, təqdimat zamanı iştirakçılar şirkət nümayəndəsindən suallarına ətraflı cavablar aldılar.
Ümumilikdə seminarda 50-dən çox valideyn, uşaq və tələbə, habelə blogerlər və media nümayəndələri iştirak etdilər.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
107 yaşlı qadın koronavirusdan sağaldı
09.04.2020
Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlanıb
09.04.2020
Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb
08.04.2020
Niyə koronavirusdan ölənlərin çoxu kişilərdir?
08.04.2020
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info