Kommunist Partiyası İlham Əliyevə səs verəcək
Tarix: 30.09.2013 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) növbədənkənar plenumu keçirilib. Partiyadan “Palitra”ya verilən məlumata görə, plenumda AKP MK üzvləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak ediblər.
Tədbirdə 09 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının MSK tərəfindən qeydiyyatdan keçmiş prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi müzakirə olunub. AKP MK sədri Rauf Qurbanov qeydiyyatdan keçmiş prezidentliyə namizədlərin hər biri haqqında plenum iştirakçılarına ətraflı məlumat verib. Gündəlik məsələlər ətrafında AKP MK sədrinin müavini F.Rəşidov, AKP Gəncə ŞK-nin birinci katibi Ə.Veysov, AKP Lerik RK-nin katibi Q.Əliyev, AKP Sumqayıt ŞK-nin birinci katibi S.Hüseynov, AKP Gənclər təşkilatının sədr müavini, Bakı şəhəri Xətai rayon bələdiyyəsinin üzvü S.Abdullayeva, AKP MK-nın üzvləri T.Əsədov, Ə.Bağırov, N.Əsgərov, AKP MK Müharibə və Əmək veteranları komissiyasının sədri Q.Vəliyev və digər yoldaşlar çıxış ediblər. Plenum iştirakçıları Azərbaycanda sülhə, əmin-əmanlığa, sabitliyə dəstəklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə səs verəcəkləri barədə qərar qəbul ediblər.
Plenumda Azərbaycan kommunistlərinin lideri R.Qurbanov yekun nitq ilə çıxış edib, AKP MK-nın növbədənkənar plenumu işini yekunlaşdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info