DSMF-də elektron xidmətlərlə bağlı seminar keçirilib
Tarix: 30.09.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda avtomatlaşdırılmış pensiya təyinatı, fondun əhaliyə göstərdiyi elektron xidmətlərin tətbiqi sahəsində mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması yolları ilə bağlı seminar keçirilib. Tədbirdə fondun yerli şöbələrinin pensiya təyinatı, fərdi uçot, maliyyə-uçot sektorlarının müdirləri iştirak ediblər.
Seminarda açılış nitqi ilə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanın sığorta-pensiya sistemi müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərir. DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb və “elektron hökumət” portalının statistikasına əsasən,fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir: “İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 milyon 620 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanılıb”. S.Müslümov qeyd edib ki, fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti qurulub. Bu ilin iyul ayından etibarən isə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyininə başlanılıb. Sistemin tətbiq olunduğu 3 aya yaxın vaxt ərzində 473 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 160-ı Bakı şəhərində, 313-ü isə bölgələrdə yaşayan vətəndaşlardır.
DSMF sədri avtomatlaşdırılmış pensiya təyinatı və digər elektron xidmətlərin tətbiqindən irəli gələn vəzifələrin icrasının daim nəzarətdə saxlanılması, bu istiqamətdə qəbul edilmiş qərarların, normativ aktların bölgələrdə icrası vəziyyəti, mövcud problemlərin həlli və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verib.
Seminarda fondun aparatının müvafiq şöbə müdirləri və mütəxəssisləri tərəfindən avromatlaşdırılmış pensiya təyinatı, pensiyaların ödənişi və uçotu sahəsində elektron sənəd mübadiləsinin tətbiqi istiqamətində maarifləndirici təqdimatlar edilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info