Müasir Müsavat Partiyasının mitinqindən sonra müxalifyönlü Emin Millinin rəhbərlik etdiyi “Meydan TV” Hafiz Hacıyevdən müsahibə götürüb. Hafiz Hacıyev isə AXCP sədri Əli Kərimlinin ünvanına təhqiramiz ifadələr səsləndirib. Bundan sonra Emin Millinin “Meydan TV”-si efirə verilməsi sadəcə mümkün olmayan açıqlamanı tamaşaçılara təqdim edib. Bundan qəzəblənən AXCP üzvləri isə sosial şəbəkələrdə “Meydan TV”-ni və Emin Millini sərt şəkildə tənqid ediblər. AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Emin Milliyə "ayıb olsun" deyib: "AXCP olaraq “Meydan TV”-nin təhqiri ilə üzləşdik. Bu, Hafiz Hacıyevin hədyanından da pis təsir etdi mənə. Onlar Hafiz Hacıyevin bizə ünvanlanan təhqirini "peşəkarlıqdır" deyib yaydılar, geniş kütlələrlə onu tanış etdilər, sonra isə "sildilər". Necə deyərlər, Mavr işin gördü, gedə bilər. Mən bu təhqiri bizə rəva bilən Emin Milliyə, Hacı Hacıyevə "ayıb olsun" deyirəm. Belə şeyə görə utanmaq lazımdır." AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə Emin Millini daha kəskin şəkildə tənqid edib. "Deməli, zibilə keçmişik. Ümumiyyətlə, son dönəmdə özünü müstəqil, yeni adlandıranlardan demokratiya və dəyişiklik uğrunda mübarizə aparanlar hansı xeyri görüb? Keçən mitinqdən sonra REAl-çılar tənqidi yazdı, Cəmil Həsənlinin təbliği qaldı bir kənarda. Dünən mitinq oldu, bu gün Cəmil Həsənli Mingəçevir ve Xətaidə görüşlər keçirdi, Seymur Baycan Elçibəyin və tərəfdarlarının agent olmasından yazdı, Hacı Hacıyev, Emin Milli və başqaları Hafizin müxalifətə təhqirlərini tirajlamağa başladı. Adını da qoyublar fərqli fikir, söz azadlığı. Adamlar yığışıb səsvermə keçiriblər, Hafizin söyüşün yayaq yaymayaq? Bunlar təhqirin tirajını səsə qoyurlar. Ayıbdı, cənablar! Olmasın bu ölkədə Əli Kərimli, müxalifət, olsun Hafizlər, doya-doya fərqli fikir-söyüşü verək- verməyək, deyə müzakirələr aparın. Sizin hazırda yaşadığınız ölkədə tv-lərdə söyüş efirə verilirmi? Ya da siz dəyişiklik istəyirsiz, yoxsa macəra? Hafizin söyüşünü verməklə nə dəyişdiniz?"
Tural
|