Tokioda Azərbaycan mətbəxi barədə təqdimat
Tarix: 09.03.2020 | Saat: 13:43:00 | E-mail | Çapa göndər



Tokioda fəaliyyət göstərən “Active International Assosiation” (AIA) qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən Azərbaycan mətbəxi barədə təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Yaponiya paytaxtının Minato-ku rayonunda yerləşən Azabu Kids to-Teens Hall mərkəzində təşkil edilən təqdimat mərasimində Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərgiz Talıbova və Nərminə Aslanova ölkəmiz, onun coğrafi mövqeyi, zəngin mədəniyyəti və tamı ilə bütün dünyaya səs salan mətbəxi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan və öz keyfiyyəti ilə seçilən bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutmaqdadır.

Təqdimat zamanı yapon xanımların iştirakı ilə Azərbaycan mətbəxinin şahı hesab olunan plov, həmçinin kükü və manqal salatı hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər və Azərbaycan istehsalı olan nar şərabları qonaqlara təqdim edilib. İştirakçılar mətbəximizin nümunələrinin tamına baxdıqdan sonra onlara qoz və gilas mürəbbəsi ilə Azərbaycan çayı da verilib.

Təqdimatın təşkilatçısı AIA qeyri-hökumət təşkilatının sədri Aoki Koh AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan mədəniyyəti, milli yeməklərin hazırlanmasında birbaşa iştirak etmək məşğələ iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb: “Son illər Azərbaycan Yaponiyada ən çox sevilən ölkələr sırasında yer tutmağa başlayıb. Ölkənizə səfərdən dönən hər kəs xüsusən sizin çox tamlı mətbəxinizdən danışır. Buna görə də qərara gəldik ki, Yaponiyada yaşayan xanımların iştirakı ilə Azərbaycan mətbəxinin təqdimatını keçirək. Gördüyünüz kimi, həm qadınlarımız, həm də dadlı yemək həvəskarı olan kişilər bu tədbirə həvəslə qatılıblar. Çox maraqlı təqdimata görə, həm Nərgiz xanıma, həm də Nərminə xanıma xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan milli mətbəxinin belə dadlı yeməkləri ilə tanış olmaq çox xoş oldu. Xüsusən plov çox dadlı idi. Kükü və manqal salatı da çox xoşumuza gəldi. Hamısı çox ləzzətli idi. Düşünürəm ki, belə tədbirlər həm Azərbaycanın zəngin mədəniyyətini və mətbəxini Yaponiyada təbliği, həm də xalqlarımız arasında dostluq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətlidir”.
Təqdimat Yaponiyanın J-Com telekanalı tərəfindən də videolentə alınıb.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında
08.04.2020
Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub
08.04.2020
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
08.04.2020
“İçərişəhər” DTMQ İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info