Azərbaycanlı modelyerin yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub
Tarix: 09.03.2020 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer və diaspor fəalı Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub.
Palitra xəbər verir ki, gənc modelyer qürbətdə doğulmasına baxmayaraq, Azərbaycan həqiqətlərini, tarixi və mədəniyyətini daima yaratdığı yeni əsərlərində istifadə etməyi ilə tanınır.


Bu dəfə də Türkiyədə keçirilən “Antalya Fashion Week 2020” moda günlərində modelyer Şervin Nəcəfpurun "Milli mirasımızın mənşəyi" (Land of our origin) adlı kolleksiyasının nümayişi keçirilib. Ümumilikdə 15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində "Qobustan" qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.
“Bir Azərbaycan-türk övladı olaraq, hər zaman çalışıram ki, vətən borcumu layiqincə ödəyəm. Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və hər zaman yeni işlərimi ərsəyə gətirdikdə çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən istifadə edim. Bir çoxlarına məlumdur ki, uzun illərdir diaspor fəaliyyəti ilə də məşğulam. Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının sədri kimi, missiyamız Norveç və Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətini inkişaf etdirməkdir və Antalya Moda Həftəsində də fərdi olaraq işlərimi bir Azərbaycan və türk əsilli modelyer kimi nümayiş etdirmişəm”. Bu fikirləri Şervin Nəcəfpur bildirib.
Yeni kolleksiyası haqda danışan modelyer qeyd edib ki, Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyələrinə əsaslanaraq məhz Qobustan qayaüstü rəsmlərini yeni yaratdığı libaslarda istifadə etmək qərarına gəlib. “Milli motivlərimizdən istifadə etməyimin əsas səbəbi isə bizim tarixi mirasımızın dünyaya tanıtdırmaqdır”.
Qeyd edək ki, 1200-dən çox qonağın qatıldığı "Antalya Fashion Week 2020" modasevərlərin maraq və alqışla qarşıladığı "Milli mirasımızın mənşəyi" adlı kolleksiya Norveç mediasının da marağına səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında
08.04.2020
Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub
08.04.2020
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək
08.04.2020
“İçərişəhər” DTMQ İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info