Altı yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazanıb
Tarix: 09.03.2020 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Macarıstanın Budapeşt şəhərində ənənəvi “Bahar kuboku-2020” bədii gimnastika üzrə beynəlxalq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanla yanaşı, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna, Sloveniyanın iştirak etdiyi bu yarışmada Azərbaycanı təmsil edən idmançıların sırasında yarışın ən kiçik iştirakçı olan Dəniz Abbasovanın debütu diqqəti cəlb edib.
2014-cü il təvəllüdlü gimnastlar arasında 3-cü yerə layiq görülən azyaşlı təmsilçimiz bu yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb.
Vətəndən uzaqda yaşasalar da ölkəmizi belə məsul beynəlxalq idman tədbirlərində layiqincə təmsil edən balaca həmyerlilərimiz - Mina və Dəniz Abbasovalar, əkiz bacılar - Əsmər və Sofiya Seyidovalar ümumilikdə turnirdə 5 medal - (3 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.
Xatırladaq ki, Dəniz Abbasova 5 yaşından Azərbaycanı bir çox beynəlxalq yarışlarda təmsil edən balaca gimnastımız Mina Abbasovanın bacısıdır və 7 aydır Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Dibala və onun sevgilisində yenidən koronavirus aşkarlanıb
05.04.2020
“Liverpul“ işçilərini tətilə göndərdi
04.04.2020
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
03.04.2020
“Borussiya“nın stadionu tibbi mərkəz kimi fəaliyyət göstərəcək
03.04.2020
“Zirvə Astara” klubu basketbol üzrə Azərbaycan çempionu elan edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info