“Həm Türkiyəyə, həm Yunanıstana dəstək təmin etməliyik“
Tarix: 09.03.2020 | Saat: 17:20:00 | E-mail | Çapa göndər



Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Von der Leyen miqrantlar mövzusunda üzərlərinə götürdükləri yük səbəbiylə həm Türkiyəyə, həm də Yunanıstana dəstək təmin edilməsinin vacibliyini vurğulayıb.


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Von der Leyen miqrantlar mövzusunda üzərlərinə götürdükləri yük səbəbiylə həm Türkiyəyə, həm də Yunanıstana dəstək təmin edilməsinin vacibliyini vurğulayıb.
Ursula von der Leyen bunu Komissiya Sədrliyinin 100-cü günündə Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransı deyib:
“Üzərlərinə götürdükləri yük səbəbiylə həm Türkiyəyə, həm də Yunanıstana dəstək təmin edilməlidir. Məsələ bu gün axşam Prezident Rəcəb Tayyib Ərdoğan və Aİ Şurasının sədri Çarls Mişel ilə təşkil ediləcək Türkiyə-Aİ liderlərinin yığıncağında müzakirə olunacaq”.
Yunanıstandakı qaçqın düşərgələrində vəziyyətin çox ciddi olduğunu vurğulayan Von der Leyen xüsusilə müşayiət olunmayan sığınacaq axtaran uşaqlardan ciddi narahat olduğunu bildirib.

Bu uşaqlara lazımi qayğı göstərməyin təcili olduğunu vurğulayan Von der Leyen üzv ölkələrdən kömək istədiklərini vurğulayıb.
Fransa, Portuqaliya, Lüksemburq, Finlandiya və Almaniyanın ölkələrinə müşayiət olunmayan sığınacaq axtaran uşaqlarını ölkələrinə qəbul etmək barədə razılığa gəldiklərini qeyd edən Von der Leyen əlavə yardımın da tələb olunduğunu söyləyib.
Von der Leyen Suriyadakı sığınacaq axtaranlara 60 milyon avro yardım edəcəyini xatırladaraq, “Aİ 2015-ci illə müqayisədə daha hazırlıqlıdır, amma daha da yaxşı olmalıyıq" deyib.
Von der Leyen Aİ-nin yeni immiqrasiya sazişini aprel ayından sonra elan edəcəyini açıqlayıb.
Əli Babayev




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info