Yekaterinburqda “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın filialı açılıb
Tarix: 30.09.2013 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“Azərbaycan Beynəlxalq Bankı - Moskva” bankı (“MBA -Moskva” MMC) Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkətidir. Bu gün “MBA - Moskva” Rusiyada yüz faiz xarici kapitala əsaslanan, Azərbaycan Respublikasının ən iri dövlət maliyyə qurumuna məxsus universal kredit müəssisəsidir. “MBA - Moskva” Rusiyada MDB-dən olan xarici kapital əsasında fəaliyyət göstərən ilk kredit-maliyyə təchizatıdır.
Hazırda “MBA - Moskva” Rusiyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş, Azərbaycanla bağlı biznesin 75 faizdən çoxunun cəmləşdiyi üç regionunda: Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda təmsil edilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunda bildiriblər ki, yaxın günlərdə Rusiyanın bu şəhərində “MBA -Moskva” bankının yeni filialının açılışı olub. Filial Radişşev və Vayner küçələrinin tinində yerləşir. Bankın ofisinin açılışı şərəfinə təşkil olunmuş qəbulda Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silin, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov, “MBA -Moskva” bankının rəhbəri Fuad Abdullayev, Sverdlovsk vilayəti Qanunverici Məclisi sədrinin müavini Yelena Çeçunova, Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayətindəki Azərbaycan Diasporunun sədri Şahin Şıxlinski və başqaları iştirak ediblər. Təntənəli açılış mərasimində “MBA - Moskva” bankının rəhbəri Fuad Abdullayev, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov, Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silin iştirak ediblər. Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu Sultan Qasımov mərasimdə çıxış edib. S.Qasımov şəhərin mərkəzində yerləşən yeni binada “MBA - Moskva” bankının filialının açılmasının əhəmiyyətini vurğulayıb. Baş konsul strateji tərəfdaşlıq və mehriban qonşuluq çərçivəsində inkişaf edən Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq tədbir iştirakçılarına son on ildə Azərbaycanın sürətlə inkişaf etməsi barədə məlumat verib. S.Qasımovun göstərdiyi konkret statistik məlumatlara əsasən inamla demək olar ki, Azərbaycan inkişaf sürətinə görə dünyada ilk yerlərdən birini tutur. O, Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələrin inkişaf dinamikası barədə də məlumat verib. Baş konsul çıxışının sonunda “MBA - Moskva” bankının filialının açılmasına imkan yaradılmasına və kömək göstərilməsinə görə vilayətin və şəhərin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra “Azərbaycan Beynəlxalq Bankı - Moskva” bankının rəhbəri Fuad Abdullayev “Azərbaycan Beynəlxalq Bankı - Moskva” bankının idarə heyətinin sədri Cahangir Hacıyevin təbrikini oxuyub. Daha sonra Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silin, Sverdlovsk vilayəti Qanunverici Məclisi sədrinin müavini Yelena Çeçunova, Sverdlovsk vilayətindəki Azərbaycan Diasporunun sədri Şahin Şıxlinski və başqaları çıxış edərək Bankın işində uğurlar arzulayıblar. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün qəbul təşkil edilib . Onlara Azərbaycan milli mətbəxinin ləziz yeməklərini dadıblar. Açılış mərasiminin iştirakçılarına və qonaqlara üzərində Azərbaycan atributları olan xatirə hədiyyələri təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info